Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-634/2022 25.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, İş üzrə tələbkar X3 iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəis müavini vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş MN-1059708 saylı 30 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəis müavini Şəxs Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2-1(85)-258/2019 saylı icra sənədini icra etməkdən qərəzli boyun qaçırır. İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək göstərir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2-1(85)-258/2019 saylı icra sənədinə əsasən Quba rayon aqrar islahat komissiyasının 10 iyun 1997-ci il tarixli 06 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Quba rayonunun Qaraçay kənd ərazisində X3 mülkiyyətinə verilmiş 0.16 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyistirində qeydə alınması və qeyddən çıxarışın verilməsi öhdəliyi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması təmin edilməlidir. Dəfələrlə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəis müavini Şəxs qeyd olunan icra sənədinin icrasının təmin edilməsi barədə xəbərdarlıq olunsa da, o, qərəzli olaraq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2-1(85)-258/2019 saylı icra sənədini icra etməkdən boyun qaçırmışdır. Bununla əlaqədar barəsində görüləcək tədbirlərlə bağlı ona xəbərdarlıq edilmişdir. Lakin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəis müavini Şəxs tərəfindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2-1(85)-258/2019 saylı icra sənədi icra edilməmişdir. Hazırda DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəis müavini Şəxs tərəfindən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2-1(85)-258/2019 saylı icra sənədinin icrasınin təmin edilməsi ilə əlaqədar X3 adına xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi barədə xx.xx.2022-ci il tarixli **********31 saylı məktub daxil olmuşdur. Məhkəmə iclasında izahat verən inzibati xəta haqqında iş tələbkar X5 bildirmişdir ki, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X3 adına xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmiş, yəni icra sənədi tam icra olunmuşdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********31 saylı məktubundan müəyyən olunur ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2-1(85)- 258/2019 saylı icra sənədinə əsasən X3 adına xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsinin yaranması üçün əsas şərt məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsidir. Lakin məhkəmə iclasında izahat vermiş icra məmuru barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin onun qanuni tələblərini yerinə yetirdiyindən, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2-1(85)-258/2019 saylı icra sənədini icra etdiyindən-yəni, onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından və ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117 və 130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №3(067)-634/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-634/2022
25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver