Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-635/2025 03.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlu, X3 tərəfindən inzibati xətaya dair qərardan verilmiş şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X3 şikayətlə məhkəməyə müraciət edərək, YXP ******* saylı protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xətaya dair protokol və qərardan verilmiş şikayətin məhkəmə tərəfindən baxılmağa hazırlanması zamanı hazırkı iş üzrə mübahisələndirilən protokol və qərarın ərizəyə əlavə edilmədiyi müəyyən olunmuşdur. Belə ki, şikayətdə YXP ******* saylı protokol mübahisələndirilsə də, həmin protokol və inzibati tənbeh verilməsi haqqında qərar şikayətə əlavə olunmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, inzibati xətaya dair protokol və qərardan verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, X1 şikayətini icraata götürərək baxmaq hazırda mümkün deyildir. Mübahisələndirilən protokol və qərarın təqdim edilməməsi onun qanuniliyinin yoxlanmasını mümkünsüz edir. Protokol və qərarın mövcud olub-olmamasının, hansı tarixdə, kim tərəfindən qəbul edilməsinin dəqiq məlum olmaması, qanuniliyinin yoxlanmasının qeyri-mümkünlüyü şikayəti icraata götürüb baxmağa yol vermir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, şikayətçi mübahisələndirdiyi protokol və qərarın təsdiq olunmuş surətini şikayətinə əlavə edərək təkrarən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 YXP ******* saylı protokol və inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət icraata qəbul edilməsin və X2 geri qaytarılsın. X2 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla, yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №3(067)-635/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-635/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver