Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-636/2025 14.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, X1 iştirakı ilə X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 27 fevral 2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətinə baxaraq, m ü ə y y ə n e t d i: X5 şikayətlə Xaçmaz rayon məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 27 fevral 2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi adiyyəti üzrə Quba rayon məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında izahat vermiş X5 vəsatətlə müraciət edərək bildirmişdir ki, o, Şikayət ərizəsində inzibati xətanın törədilmə yerinin Xızı rayonu ərazisi olduğunu, qeydiyyatının isə Xaçmaz rayonunda olduğunu bildirmişdir. Lakin hazırda Quba rayonu, Küpçal İƏD-nin, Dağlı kəndində qeydiyyatdadır. O, şikayətinin baxılması üçün qeydiyyat və yaşayış yeri üzrə Quba rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. “Elektron məhkəmə” informasiya sistemində şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlardan da görünür ki, X4 rəsmi qeydiyyatda olduğu yer Quba rayonu, Küpçal İƏDnin, Dağlı kəndidir. Xaçmaz RPŞ-yə işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə inzibati xəta haqqında iş üzrə Xaçmaz RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, X1 Quba rayonunda qeydiyyatda olması, habelə inzibati xətanın Xaçmaz rayonunun inzibati ərazisində törədilməməsi ona dəlalət edir ki, şikayətə Xaçmaz rayon məhkəməsinə baxıla bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar X2 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Şəxsiyyət vəsiqəsində göstərilən məlumatların X2 Sistemi üzərindən təqdim edilməsi şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər.İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Göründüyü kimi, şikayətçi Quba rayonunda qeydiyyatdadır, habelə inzibati xəta Xaçmaz rayonunun inzibati ərazisində törədilməmişdir. Beləliklə, sözügedən qərardan şikayətə Xaçmaz rayon məhkəməsində baxılması mümkün olmadığından şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Quba rayon məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 118 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 27 fevral 2025-ci il tarixli, TP seriyalı,7079195 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Quba rayon məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-636/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-636/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver