Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-637/2022 31.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1966-cı ildə Xaçmaz rayonunun İlxıçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz şəhəri, Yeni yaşayış massivində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 30 mart 2022-ci il tarixdə saat 09:40 radələrində idarə etdiyi “Fiat Doblo” markalı, AA1979TBUK dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyini müşahidə edən, ərazidə xidmətdə olan Xaçmaz rayon X9 X10 Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq qayda pozuntusu ona izah edilərkən həmin vaxt Şəxs spirtli içki qəbul etməsi hiss olunduğundan Yol Patrul Xidməti inspektoru tərəfindən ona qanunvericiliyin tələbləri izah edilərək avtomobilin yol hərəkətindən kənarlarşıdırlması və duracağa aparılmalı olduğu izah edilmiş, lakin sonuncu polis əməkdaşlarının ünvanına ucadan nalayiq ifadələr işlətmiş, dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq o, hüquqazidd hərəkətlərini davam etdirməklə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X8 göstərdi ki, Şəxs 30 mart 2022-ci il tarixdə saat 09:40 radələrində idarə etdiyi “Fiat Doblo” markalı, AA1979TBUK dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyini müşahidə edən, ərazidə xidmətdə olan Xaçmaz rayon X9 X10 Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq qayda pozuntusu ona izah edilərkən həmin vaxt Şəxs spirtli içki qəbul etməsi hiss olunduğundan Yol Patrul Xidməti inspektoru tərəfindən ona qanunvericiliyin tələbləri izah edilərək avtomobilin yol hərəkətindən kənarlarşıdırlması və duracağa aparılmalı olduğu izah edilmiş, lakin sonuncu polis əməkdaşlarının ünvanına ucadan nalayiq ifadələr işlətmiş, dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq o, hüquqazidd hərəkətlərini davam etdirməklə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törədilmiş xətada özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 30 mart 2022-ci il tarixdə saat 09:40 radələrində idarə etdiyi “Fiat Doblo” markalı, AA1979TBUK dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində hərəkətdə olarkən ərazidə xidmətdə olan Xaçmaz rayon X9 X10 Yol Patrulu Xidmətinin inspektorları tərəfindən saxlanılmış və yoxlama zamanı guya onda alkoqol sərxoşluğu olduğunu müəyyən etdiklərindən ona barəsində müvafiq sənədləşmə işləri aparılması ilə bağlı avtomobilin yol hərəkətindən kənarlarşıdırlmalı və duracağa aparılmalı olduğu izah edildikdə o, əsəbləşərək yol patrul xidmətinin əməkdaşları ilə mübahisə etmiş və avtomobilinin duracağa aprılmasına etirazını bildirmişdir. Başqa hər hansı hüquqazidd hərəkətlərə yol verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon X9 Yol polisi bölməsi yol patrul xidməti inspektoru X3 izahat verərək göstərdi ki, 30 mart 2022-ci il tarixdə saat 09:40 radələrində digər xidmət yoldaşı ilə birlikdə Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində xidmətdə olarkən həmin küçə ilə hərəkətdə olan “Fiat Doblo” markalı, AA1979TBUK dövlət qeydiyyat nişanlı avtomobillin sürücüsünün nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyini müəyyən etdiklərindən avtomobilin sürücüsü Şəxs tərəflərindən saxlanılaraq qayda pozuntusu ona izah edilərkən həmin vaxt Şəxs spirtli içki qəbul etməsi hiss olunduğundan ona qanunvericiliyin tələbləri izah edilərək avtomobilin yol hərəkətindən kənarlarşıdırlması və duracağa aparılmalı olduğu izah edilmiş, lakin sonuncu onların ünvanında ucadan nalayiq ifadələr işlətmiş, dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq o, hüquqazidd hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən tərəflərindən kömək üçün yaxınlıqda olan Xaçmaz rayon X11 Patrul Xidmətinin əməkdaşları əraziyə dəvət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon X11 Patrul Xidməti bölüyünün manqa komandiri X2 şahid qismində dindirilən Xaçmaz rayon X9 Yol polisi bölməsi yol patrul xidməti inspektoru X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 30 mart 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, şahid ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İnzibati xəta törətmiş şəxs Şəxs polis əməkdaşlarına qarşı hər hansı hüquqazidd hərəkətə yol verməməsi və izahatında irəli sürdüyü bu kimi dəllilər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs səlahiyyətli şəxslərin hüquqa zidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 30 mart 2022-ci il tarixli, 142 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 30 mart 2022-ci il tarixdə saat 10:30 radələrində tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 30 mart 2022-ci il tarixdən saat 10:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsin əvvəli 30 mart 2022-ci il tarixdən saat 10:30-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-637/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-637/2022
31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver