Məhkəmə qərarları › İş №3(067)-638/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-638/2022

31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-638/2022 31.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-cı ildə Gürcüstan Respublikasında anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsi ev 23, mənzil 23-də yaşayır Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 211.1-ci maddələri üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq mü əy yə n et di: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 211.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, 30.03.2022-ci il tarixdə işlədiyi Dostluq kafesində covid pelvəndi olunmayan şəxsləri yoxlamış, karantin rejim qaydalarını pozmuş və xidmətdə olan polis əməkdaşlarının qəsdən qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs özünü inzibati xətanı törətməkdə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Həmçinin o, əlilliyi olmadığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, ailəlidir və himayəsində 3 övladı var. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz rayon RPŞ-də İTB sahə rəisi işləyən X4 ifadəsində bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 30.03.2022-ci il tarixdə işlədiyi Dostluq kafesində covid peyvəndi olunmayan şəxsləri yoxlamış, karantin rejim qaydalarını pozmuş və xidmətdə olan polis əməkdaşlarının qəsdən qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz rayon RPŞ-də sahə rəisi işləyən X1 ifadəsində bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 30.03.2022-ci il tarixdə işlədiyi Dostluq kafesində covid pelvəndi olunmayan şəxsləri yoxlamış, karantin rejim qaydalarını pozmuş və xidmətdə olan polis əməkdaşlarının qəsdən qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz rayon RPŞ-də sahə rəisi işləyən X3 ifadəsində bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 30.03.2022-ci il tarixdə işlədiyi Dostluq kafesində covid pelvəndi olunmayan şəxsləri yoxlamış, karantin rejim qaydalarını pozmuş və xidmətdə olan polis əməkdaşlarının qəsdən qanuni tələblərinə tabe olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 211.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla, şahid ifadələri və iş materialları ilə tam sübuta yetir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 31 mart 2022-ci il tarixdə, saat 00:42-də inzibati qaydada tutulmuş və 31 mart 2022-ci il tarixdə saat 15-00-da azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, 3 uşağının olmasını və əməlindən peşman olmasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1980-cı ildə Gürcüstan Respublikasında anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 211.1-ci maddələri ilə təqsirli bilinsin barəsində 300 (üç yüz ) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar