Məhkəmə qərarları › İş №3(067)-638/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-638/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-638/2025 03.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1993-cü ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunan, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-87/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu hər ay 1 uşaq üçün 170 manat alimenti ödəməlidir. Borclu 4190 manat borcu ödəməyərək İcra şöbəsində icra məmurunun qanuni tələbini icra etməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat məbləğində aliment alınaraq X2 verilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Borcluya icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Borclu bu günədək inzibati qaydada məsuliyyətə cəlb olunmuş və barəsində 10 gün müddətinə inzibati həbs tədbiri seçilmişdir. Həmçinin borclunun ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclunun hazırda 4190 manat aliment borcu vardır. Borclunun axtarış nəticəsində polis əməkdaşları tərəfindən İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu son 3 ayda bir dəfə aliment ödənişi etmiş, lakin aliment borcu yaranmışdır. İcra şöbəsinin çağırışlarından yayınmış və özü borclunun evinə gedib, valideynləri ilə danışmış. Borclunun İcra şöbəsinə gəlməsini bildirmişdir. Borclu bu günədək 5670 manat məbləğində ödəniş etmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, aliment borcu karantin müddətində yığılan borcdur. O, alimenti ödəməkdən yayınmır. Hazırda yaxşı qazanc əldə edəcək işi var. O, ev ustası işləyir və 1 aya borcu tam bağlayacaqdır. Hər ay iyun-iyul aylarında 200 manat ödəniş etmişdir. O, bir neçə dəfə əməliyyat olunmuş və müalicə almışdır. Bu ayın axırına kimi 4190 manat aliment borcunu və cərimə olunarsa 500 manat cəriməni ödəyəcəyinə dair söz verir. Əlavə olaraq dünən axtarışla polis əməkdaşları tərəfindən İcra şöbəsinə aparılmış, İcra şöbəsinə çağrılmağından isə xəbərsiz olmuşdur. O, çağırışlara hər zaman getmişdir. Barəsində tətbiq olunmuş maddə ilə özünü təqsirli bilmiş və xətanı etiraf etmiş və barəsində cərimə növündə inzibati tənbeh tədbiri təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, borclu alimenti ödəmir, son 3 ayda bir dəfə ödəniş etmişdir. Hazırda 4190 manat aliment borcu vardır. O. Borclunun barəsində cərimə növündə inzibati tənbeh tədbirin tətbiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2025-ci il tarixli ərizəni təqdim edərək zərərçəkmiş şəxsə (tələbkar) olan 4190 manat aliment borcunu 2025-ci ilin aprel ayının sonlarına kimi tam ödəyəcəyinə dair vəd etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 03 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-87/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il təvəllüdlü Şəxs anası iddiaçı X1 himayəsində saxlanılsın və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün mülki iş məhkəməyə daxil olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay cəmi 170 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq iddiaçı X2 verilsin. - xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən 2(067)-87/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuşdur. - xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası barədə bildiriş xx.xx.2022-ci il tarixli xəbərdarlıq inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmişdir. - Borclunun Xaçmaz rayon İcra və Probasiya şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatından müəyyən edilir ki, həmin tarixədək heç bir ödəniş etməmiş, lakin 200 manat ödəniş edir. O. 2024-cü ilin iyul ayının 3-dək 340 manat ödəniş etməyə söz vermişdir. - xx.xx.2024-cü il tarixli tələbkar tərəfindən Xaçmaz rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış icra sənədinin geri qaytarılması haqqında ərizənin surətindən müəyyən edilir ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-87/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borcludan hər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 170 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməlidir. Borclu 24 iyun 2024-cü il tarixində 200 manat və 3 iyul tarixində isə 200 manat ödəniş etmişdir. Borclunun hazırda 4080 manat aliment borcu olmasına baxmayaraq barəsində hər hansı tədbir görülməməsini, aliment ödənişindən yayındığı halda isə barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. - xx.xx.2024-cü il tarixli tələbkar tərəfindən Xaçmaz rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış ərizənin surətindən müəyyən edilir ki, iş üzrə 3960 manat borcu vardır. Qeyd olunan borcun borcludan alınaraq ona verilməsi istiqamətində məcburi icra tədbirləri görülməsini xahiş etmişdir. - Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən adında hər hansı əmlak müəyyən edilmişdir. Lakin işəgötürən X6 tərəfindən (VÖEN: **********) 20 manat əmək haqqı müqabilində inşaat fəhləsi, ənənəvi materiallar əməyinə cəlb edilmişdir. - Xaçmaz rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, 780075 nömrəli axtarış işi üzrə xx.xx.2025-ci il tarixdən axtarış elan olunmuş, Xaçmaz rayonunda qeydiyyatda olan Şəxs xx.xx.2025-ci il tarixdə keçirilmiş tədbirlər nəticəsində saxlanılaraq barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. - xx.xx.2025-ci il tarixli borclunun Xaçmaz rayon İcra və Probasiya şöbəsinə verdiyi izahatının surətindən müəyyən edilir ki, həmin ay daxil olmaqla 3 ay ərzində 200 manat ödəniş etmişdir. Ayın axırına borcu ödəməyə söz vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32 və 33-cü maddələrinə əsasən X7 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halların olmamasını, borcundan müəyyən ödənişlər etməsini, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxx 1993-cü ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar