Məhkəmə qərarları › İş №3(067)-639/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-639/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-639/2025 03.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ X14 Məhəmməd qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz şəhəri, R.Behbudov küçəsində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Borclu Şəxs 03 aprel 2025-ci il tarixdə Quba Rayon Məhkəməsinin 2(027)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 4400 manat məbləğində aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini Xaçmaz rayon İcra və Probasiya şöbəsində yerinə yetirmir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi onun icraatına daxil olduqdan sonra bu günə kimi Şəxs tərəfindən tələbkarın xeyrinə 440 manat məbləğində aliment ödənişi edilmişdir. Hazırda borclunun 4400 manat məbləğində aliment borcu vardır. Həmçinin borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. O. Borclunun barəsində qanunvericilkdə nəzərdə tutulmuş tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, alimenti ödəməkdən imtina etmir. Alimentin məbləği 440 manatdır. Lakin o, artıq şəkildə aliment ödəmişdir. Uşaqlarının təhsil və digər xərclərini də ödəmişdir. Lakin bunu rəsmi qaydada etməmişdir. Hazırda fəhlə işləyir, aylıq 400-450 manat əmək haqqı əldə edir. Döyüşlərdə iştirak etmiş və hərbi xidmətdə aldığı zədələrlə əlaqədar müalicə olunur. Müharibə veteranı statusu almaqdan imtina etmişdir. O, əvvəllər işləmiş, lakin səhhətində yaranmış problemlə əlaqədar 10 aya yaxındır ki, işləyə bilmir. Aliment borcunu ödəyənədək hər ay 150 manat ödəniş edə bilər, çünki özünün də xərcləri vardır. Həmçinin, tələbkar və uşağı da işləyir. O, barəsində cərimə növündə inzibati tənbeh təyin edilərsə, həmin cəriməni ödəyə bilməyəcəyini, barəsində həbs növündə tənbeh təyin edilərsə alimenti ödəməyəcəyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 03 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, tərəflərin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Quba Rayon Məhkəməsinin 2(027)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X12 adlı uşaqlar X2 himayəsində qalsınlar. Nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment Şəxs tutularaq X3 verilsin. - xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 tərəfindən 2(027)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmişdir. - xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə borclu Şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatlarından görünür ki, icra sənədi üzrə bu günədək 440 manat ödəniş etmişdir. İcra sənədi üzrə 4400 manat aliment borcunu ödəməyə maddi imkanı yoxdur. Lakin imkanı olan kimi ödəyəcəkdir. - Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən adında adında hər hansı əmlak müəyyən edilməmişdir. X1 tərəfindən (VÖEN6 **********) 345,0 manat əmək haqqı ilə icma fəhləsi kimi əməyə cəlb olunmuşdur. - Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tələbkar X2 ünvanlandığı ərizədən müəyyən edilir ki, Quba Rayon Məhkəməsinin 2(027)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borcli Şəxs iki uşağın saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimenti ona ödəməlidir. Hazırda onun bu ay daxil olmaqla 3520 manat məbləğində aliment borcu vardır. Yaranmış aliment borcunu ödəməsə borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halların olmamasını, borcundan müəyyən ödənişlər etməsini, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: 14 aprel 1982-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar