Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-642/2025 04.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Xaçmaz rayon PŞ-nin nümayəndəsi X5, X1 və X6, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, H.Seyidbəyli küçəsi 16 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddələri üzrə tərtib edilmiş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə saat 14:30-da YPX əməkdaşı tərəfindən saxlanılmışdır, yoxlama zamanı müəyyən olmuşdur ki, sürücü avtomobili etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Bununla da, Şəxs «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Xaçmaz rayon PŞ-nin nümayəndəsi X8 izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:30-da Hyundai Grandeur markalı 99 BT-080 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən digər avtomobil ilə toqquşmuşdur. YPX əməkdaşı tərəfindən saxlanıldıqda məlum olmuşdur ki, sürücü avtomobili etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Göründüyü kimi, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobili ilə xx.xx.2025-ci il tarixdə, saat 14:30-da maşın yuma məntəqəsindən çıxarkən başqa bir avtomobil ilə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Məhkəmədə izahat verən zərərçəkmiş şəxs X7 ifadəsində göstərmişdir ki, 09 mart 2025-ci ildə idarə etdiyi 99 MB-181 nömrəli avtomobili ilə Xaçmaz şəhə R.Behbudov küçəsində avtoyuma məntəqəsindən çıxan Hyundai markalı avtomobil onun qarşısına çıxmışdır. Ona yol vermək üçün gözləmiş lakin sürücü arxaya baxmadığına görə toqquşma baş vermişdir. Hadisə zamanı xəsarət almamışdır. Məhkəmədə izahat verən zərərçəkmiş şəxs X9 ifadəsində göstərmişdir ki, 09 mart 2025-ci ildə idarə etdiyi avtomobili Xaçmaz şəhər R.Behbudov küçəsində yerləşən avtoyuma məntəqəsinə yumaq üçün təhvil vermişdir. X7 isə avtomobilini onun icazəsi olmadan avtoyuma məntəqəsindən çıxaran zaman yol-nəqliyyat hadisəsini törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, özünün etirafedici ifadəsi və iş üzrə toplanmış material ilə tam təsdiq olunur. İş materiallarında olan Yol-Nəqliyyat hadisəsinin Sxemindən görünür ki, Hyundai Grandeur markalı 99 BT-080 dövlət qeydiyyat nişanlı avtomobil arxaya hərəkət edən zaman Vaz 21150 markalı, 99 MB-181 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Ziyan Aktından müəyyən olunur ki, yolnəqliyyat hadisəsi zamanı Vaz 21150 markalı, 99 MB-181 dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 398 manat ziyan dəymişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinin 2-ci hissəsinə əsasən mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır: motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvaylarıvə trolleybusları idarə etmək üçün; traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün. Həmin Qanunun 34-cü maddəsinin İV hissəsinin 3-cü bəndinə əsasən bu Qanunun 34-cü maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları və altkateqoriyaları göstərilir: “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün: “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8dən artıq olmayan avtomobilləri; qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri, "C"-"D" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan qrtıq olmayan "C" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün. Azərbaycan Respublikası İXM-nin 332-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi: -332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. -332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. -332.3. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə- -üç yüz manat məbləğində cərimə edilir. -332.4. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs, Hyundai Grandeur markalı 99 BT-080 dövlət qeydiyyat nişanlı avtomobili ilə arxaya hərəkət edən zaman Vaz 21150 markalı, 99 MB-181 ddövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur, həmin avtomaşına maddi ziyan dəymişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdiran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: xx.xx.1988-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №3(067)-642/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-642/2025
04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver