Məhkəmə qərarları › İş №3(067)-647/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-647/2022

14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-647/2022 14.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xaçmaz rayonu Palçıqoba bələdiyyəsinin sədri Şəxs iştirakları ilə, 02 iyul 1985-ci ildə Xaçmaz rayonu Çinartala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Xaçmaz rayonu Palçıqoba bələdiyyəsinin sədri vəzifəsində işləyən, məhkumluğu olmayan Xaçmaz rayonu Çinartala ərazi dairəsi, Çinartala kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.1-ci maddəsi ilə Xaçmaz Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayonu Palçıqoba bələdiyyəsinin sədri Şəxs barəsində MN seriyalı ******* saylı 29 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, habelə tərəflərin izahatlarını dinləyib hesab edir ki, X4 inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, vətəndaş X3 Xaçmaz rayonu Palçıqoba bələdiyyəsi tərəfindən qanunsuz hərəkətlər edilməsi barədə Ədliyyə Nazirliyindən daxil olmuş müraciəti Xaçmaz regional ədliyyə idarəsində araşdırılır. Xaçmaz rayonu Palçıqoba bələdiyyəsində xx.xx.2020-ci il tarixdə iclas keçirildiyi və 12 saylı iclas protokolu tərtib edildiyi müəyyən olunmuşdur. Qeyd olunan iclas protokolunun Xaçmaz regional ədliyyə idarəsinə təqdim edilməsi bildirilmişdir. Lakin hal-hazırki vaxtadək Xaçmaz rayonu Palçıqoba bələdiyyəsi tərəfindən bələdiyyənin xx.xx.2020-ci il tarixli 12 saylı iclas protokolu inzibati nəzarəti həyata keçirən orqana təqdim edilməmişdir. Məhkəmə iclasında izahat verən Xaçmaz regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi X5 eyni məzmunlu izahat verməklə Şəxs barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xaçmaz rayonu Palçıqoba bələdiyyəsinin sədri Şəxs izahatında əməlini etiraf edərək göstərir ki, Bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən Xaçmaz rayonu Palçıqoba bələdiyyəsi barəsində olan müraciət araşdırılır. Xaçmaz regional ədliyyə idarəsi tərəfindən Xaçmaz rayonu Palçıqoba bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 12 saylı iclas protokolunun qısa müddət ərzində regional ədliyyə idarəsinə təqdim edilməsi xahiş olunmuşdur. Xaçmaz rayonu Palçıqoba bələdiyyəsində keçirilən xx.xx.2020-ci il tarixli 12 saylı iclas protokolu tərtib edilərək Bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan olan Xaçmaz regional ədliyyə idarəsinə 5 iş günündən gec təqdim edilmişdir. Göstərilənlərə və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə əsasən Xaçmaz rayonu Palçıqoba bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 12 saylı iclas protokolunun qısa müddət ərzində regional ədliyyə idarəsinə təqdim edilməsi xahiş olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.1-ci maddəsi ilə təqsirli bilinməsi MN seriyalı ******* saylı 29 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətə baxarkən həmin müraciətdə göstərilmiş və mübahisə doğuran bələdiyyə aktının, habelə əlavə sənədlərin və ya məlumatların ona göndərilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə bu sənədləri və ya məlumatları aldığı andan 5 iş günü ərzində inzibati nəzarəti həyata keçirən orqana təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.1-ci maddəsi ilə təqsirli bilinərək ona 1000 (bir min) manat cərimə inzibati tənbeh təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar