Məhkəmə qərarları › İş №3(067)-648/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-648/2023

24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-648/2023 24.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, şikayət vermiş şəxs X1, Xaçmaz RPŞ-nin nümayəndəsi X2 iştirakı ilə Xaçmaz Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz RPŞ-nin polis əməkdaşları tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarın və protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki,həmin qərar İXM-nin tələbləri pozulmaqla qanunsuz və ciddi pozuntularla tərtib edilmişdir. Həmi iş üzrə inzibati araşdırma zamanı onun zərərçəkmiş şəxs qismində işə cəlb olunması təmin edilməmiş, izahatı alınmamış, şahidlər dindirilməmiş, digər zəruri prosessual hərəkətlər aparılmamışdır. Göstərilənlərə əsasən, məhkəmədən Xaçmaz RPŞ-nin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarın və protokolun ləğv edilməsi, həmin protokolu tərtib etmiş və qərarı qəbul etmiş polis əməkdaşları barəsində xüsusi qərarın çıxarılması, qanun pozuntularının törədilməsinə köməklik göstərən səbəb və şəraitin aradan qaldırılması haqqında Azərbaycan Respublikası DİN-ə tədbir görülməsi üçün təqdimat verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayəti müdafiə edərək şikayət ərizəsində göstərilənlərə uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Xaçmaz RPŞ-nin nümayəndəsi izahatında bildirmişdir ki, əsasında MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş protokolu o tərtib etmişdir. Həqiqətən də, inzibati araşdırma zamanı X1 iş üzrə zərərçəkmiş şəxs qismində cəlb etmədən, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini almadan inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Maraqlı şəxs X7 məhkəməyə yazılı etiraz ünvanlayaraq, hazırkı şikayətin əsassız və qərəzli olduğunu bildirib şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını və Xaçmaz RPŞ-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz RPŞ-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolun surətindən görünür ki, X1 şikayəti əsasında X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın surətindən görünür ki, X7 Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 manat inzibati cərimə tətbiq edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, məhkəmə araşdırması zamanı barəsində şikayət verilmiş inzibati material (qərar) üzrə zərərçəkmiş şəxsin izahatının (ifadəsinin) alınmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Həmçinin məhkəmə iclasındakı izahatında Xaçmaz RPŞ-nin nümayəndəsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini almadığını bildirmişdir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Göründüyü kimi, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən İXM-nin tələbləri kobud şəkildə pozulmuş, işin tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Azərbaycan Respublikasının İXM-nin 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.3-cü maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.4-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İXM-nin 135.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. q ə r a r a a l d ı : Şikayət qismən təmin edilsin. Xaçmaz Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xaçmaz Rayon Polis Şöbəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar