Məhkəmə qərarları › İş №3(067)-648/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-648/2025

07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-648/2025 07.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ X17 Məhəmməd qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Borclu Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-2271/2019 saylı, xx.xx.2019-cu il tarixli və Xaçmaz rayon məhkəməsinin 2(067)-2066/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə 6120 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələbini icra etmir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin qərarına əsasən Şəxs bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 ödənilməlidir. Xaçmaz rayon məhkəməsinin yeni qərarına əsasən alimentin miqdarı artırılaraq hər 160 manat müəyyən olmuşdur. Qeyd olunan icra sənədləri üzrə borclunun 5100 manat aliment borcu yığılmış və hazırda da inzibati məsuliyyətə cəlb olunmuşdur. Borclu bir dəfə CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Borclunun sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə olmuşdur. Əlavə olaraq bildirmişdir ki, borclu bir dəfə polis vasitəsilə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə gətirilmiş və daha sonra oradan qaçdığı üçün yenidən polisə müraciət olunmuş və polisin təqidi ilə İcra və Probasiya şöbəsinə yaxınlaşmışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan maddə ilə özünü təqsirli bilir. O, işləmədiyi üçün alimenti ödəyə bilməmişdir. Hazırda Xaçmaz rayonu, Ağalıq kəndi ərazisində işləyir və özü şəxsən Xaçmaz rayon İcra və Probasiya şöbəsinə yaxınlaşaraq hər ay kart vasitəsi ilə ödəniş edəcəyi barədə məlumat vermişdir. O, hər ay 300 manat ödəniş edəcəkdir. İşinin itirilməməsi səbəbilə barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, Xaçmaz rayon İcra və Probasiya şöbəsindən işləmədiyi və buna görə aliment ödənişi edə bilmədiyi üçün qorxaraq oradan qaçmışdır. Lakin sonradan özü Xaçmaz rayon İcra və Probasiya şöbəsinə yaxınlaşmışdır. O, atası ilə birlikdə yaşayır və atasının pensiyası ilə dolanır. Bir neçə dəfə pul əldə edərək tələbkara ödəniş etmək istəmiş, lakin razılşmadıqları üçün ödəniş etməmişdir. O, razılaşma olmasa belə tələbkarın kartına ödənişi etmədiyi barədə səhv etdiyini bildirmişdir. O, əlilliyinin olmadığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 07 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, tərəflərin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2271/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs hər ay 120 (yüz iyirmi) manat sabit məbləğdə alimentin xx.xx.2019-cu il tarixdən başlayaraq X4 xeyrinə tutulsun. - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2066/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-2271/2019 saylı qətnaməsinə əsasən cavabdeh Şəxs xx.xx.2014-cü il təvəllüdlü X1 üçün iddiaçı X4 xeyrinə tutulan alimentin məbləği dəyişdirilsin. xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh Şəxs iddiaçı X4 xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh Şəxs 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. - xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən 2(067)-2271/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası haqqında bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmişdir. - xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 tərəfindən 2(067)-2066/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası haqqında bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmişdir. - Xaçmaz RPŞ-nin tərəfindən Xaçmaz rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunun surətindən müəyyən olunur ki, Şəxs barəsində Xaçmaz rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə 780614/24 nömrəli axtarış elan edilmişdir. - Xaçmaz RPŞ-nin tərəfindən Xaçmaz rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunun surətindən müəyyən olunur ki, Şəxs keçirilmiş tədbirlər nəticəsində saxlanılaraq barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. - xx.xx.2025-ci il tarixli “Akt”ın surətindən müəyyən edilir ki, Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmurları X11, X9 iş üzrə tələbkar X4 icraatlarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-2271/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar axtarışa verilmiş Şəxs Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən təhvil verildikdən sonra icra məmurları tərəfindən borclu barəsində protokol hazırlandığı vaxtda Şəxs Xaçmaz rayon İcra və Probasiya şöbəsindən qaçmışdır. - xx.xx.2025-ci il tarixlərdə borclu Şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatlarından görünür ki, yaranmış 6120 manat aliment borcundan ödəniş etməmişdir. O. Həmin tarixədək heç bir ödəniş edə bilmədiyini. Lakin işə girərək hər ay 300 manat ödəniş edəcəyinə dair söz vermişdir. - Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən mülkiyyətində hər hansı əmlak və ya gəlir məlumatları olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddənin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. 3-cü maddəyə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəyə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəyə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 15.2-ci maddənin tələblərinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları və onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəyə əsasən, məhkəmə aktının icra olunmaması və məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnaməsinin, qərarının və qərardadının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab edilir. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qərarın icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, cinayət və inzibati qanunvericilikdə və bir sıra beynəlxalq normativ aktlarda öz izahatıni tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qanuni qüvvəyə minmiş qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, «məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəyə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarlarının icra olunmamasındakı müddəti, borcun məbləğini, inzibati xətanın aliment borcu ilə əlaqədar olduğunu və pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, borcun məbləğini, məhkəmə qərarlarının uzun müddət qərəzli olaraq icra olunmadığını və icra məmurunun çağırışlarına getmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: xx xxxxxx 1987-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 07 aprel 2025-ci il tarixdən, saat 13:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar