Məhkəmə qərarları › İş №3(067)-65/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-65/2024

12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-65/2024 12.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: 07 noyabr 2023-cü il tarixdə saat 22:00 radələrində Xaçmaz Gömrük idarəsi “Xanoba” gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “DAF” markalı 77EN828/99ZX828 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin kabinasındakı yataq yerinin, altındakı əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən gömrük nəzarətinə bəyan olunmayan 5 ədəd “Micromel-ocean 400qr” markalı bitki dərmanı, nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində yerləşən əşyalar qoymaq üçün nəzərdə tutulmuş yeşikdən gömrük nəzrətinə bəyan olunmayan 26 ədəd “Cartasuper 250gm” markalı, 49 ədəd “Tomaton 30 ml” markalı, 4 ədəd “Megasil 200LS” markalı, 1 ədəd ’’Spironn 1l” markalı bitki dərmanları aşkar olunaraq protokol əsasında götürülmüşdür.. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şəxs törətdiyi inzibati xəta iş materiallarında olan izahatı, tərtib edilmiş inzibati xəta haqqında 26 dekabr 2023-cü il tarixli, 01400-09250/23 nömrəli protokol və digər iş materialları ilə tamamilə sübuta yetir. Belə ki, işdə olan təhvil-təslim edilməsi haqqında 11 noyabr 2023-cü il tarixli aktdan görünür ki, 07.11,2023-cü il tarixdə saat 22:00 radələrində Xaçmaz Gömrük İdarəsi “Xanoba” gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “DAF” markalı 77EN828/99ZX828 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin kabinasındakı yataq yerinin altındakı əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən gömrük nəzarətinə bəyan olunmayan 5 ədəd “Micromel-ocean 400qr” markalı bitki dərmanı, nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində yerləşən əşyalar qoymaq üçün nəzərdə tutulmuş yeşikdən gömrük nəzrətinə bəyan olunmayan 26 ədəd “Cartasuper 250gm” markalı, 49 ədəd “Tomaton 30 ml” markalı, 4 ədəd “Megasil 200LS” markalı, 1 ədəd ’’Spironn 1l” markalı bitki dərmanları aşkar olunaraq götürülmüş və bu akt əsasında araşdırma aparılması üçün Əməliyyat və Təhqiqat Şöbəsinə təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6088-9/8779 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş preparatların tərkibində “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların sivahısı”na və va “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahısı”na daxil olan maddələr müəyyən edilmədi. “Cartasuper 250qm" və “Tomaton 30ml” markalı preparatların istifadə müddətləri bitmişdir. Digər preparatların istifadə müddətləri bitməmişdir. Tədqiqata təqdim edilmiş 3 adda preparatların orta bazar qiyməti 339 (üç yüz otuz doqquz) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi xətanın xarakterini nəzərə alaraq, törədilmiş xətanın bilavasitə obyekti olan malların müsadirə olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İmzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan mallar- Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə təhvil verilmiş 5 ədəd “Micromel-ocean 400qr” markalı, 26 ədəd “Cartasuper 250gm” markalı, 49 ədəd “Tomaton 30 ml” markalı, 4 ədəd “Megasil 200LS” markalı və 1 ədəd ’’Spironn 1l” markalı bitki dərmanları müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar