Məhkəmə qərarları › İş №3(067)-650/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-650/2020

10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-650/2020 10.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə, xx.xx.1957-ci ildə Quba rayonunun, Talabı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Xaçmaz şəhəri, Atatürk küçəsi, dalan 1, ev 15-də yaşayan X1 Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X7 tərəfindən 200 manat məbləğində cərimə olunmasına dair xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X7 tərəfindən X1 200 manat məbləğində cərimə olunmasına dair xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərar tərtib olunmuşdur. X6 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X7 tərəfindən 200 manat məbləğində cərimə olunmasına dair xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə inzibati xəta törətmiş şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 şikayəti belə əsaslandırmışdır ki, o, fərdi sahibkardır, mağaza və inkubator işlədir. Onun xüsusi karantin recimində ölkə ərazisində hərəkət etməyə icazəsi vardır. O icazə ona ilkin xüsusi karantin recimi dövründə verilmiş, sonradan isə yenidən xüsusi karantin recimi uzadıldıqdan xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək bu icazəsi yenilənmişdir. Buna baxmayaraq xx.xx.2020-ci il tarixdə Xaçmaz rayon polis şöbəsinin əməkdaşları onu xüsusi karantin recimini pozmağı adı altında Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə protokol tərtib etmişlər, ona həmin tarixli qərarla barəsində 200 manat məbləğində cərimə inzibati tənbeh növü təyin edilmişdir. Halbuki qeyd etdiyi kimi onun nəinki Xaçmaz rayon ərazisində, hətta bütün ölkə ərazisində hərəkət etməyinə rəsmi icazəsi olmuş və bu icazə elektron portala yerləşdirilmişdir. Barəsində protokol tərtib edilərkən o, polis əməkdaşlarına hərəkt etməyinə icazə olduğunu və buicazənin elektron portalda yerləşdirilmişdir. Lakin polis əməkdaşları portalı yoxlamadan barəsində protokol tərtib etmişlər. Göstərilənlərə əsasən, Qubadlı rayonu Polis Şöbəsinin polis kapitanı X5 tərəfindən X1 200 manat məbləğində cərimə olunmasına dair xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş, icazə barədə məlumat bazasından cıxarılmış məlumatdan görünür ki, X4 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ölkə ərazisi üzrə hərəkət etməyə icazə alınmışdır. Məhkəmə hesab edir ki, X1 AR İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Qubadlı rayonu Polis Şöbəsinin polis kapitanı X5 tərəfindən X1 barəsində tərtib edilmişİnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə olunmasına dair xx.xx.2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında qərar ləğv olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X7 tərəfindən X1 barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 200 (yüz) manat məbləğində cərimə olunmasına dair xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərar ləğv olunsun. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar