Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-651/2024 16.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş Xaçmaz Rayon Prokurorluğunun nümayəndəsi X3, Zərərçəkmiş şəxs vəkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1990-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs 01,03.2024-cü il tarixdə saat 23 radələrində Xaçmaz- Niyazoba avtomobil yolunun Xaçmaz rayonu, Qaraqurdlu kəndi ərazisindən keçən 4-cü kilometrliyinin sol tərəfində yerləşən “Şahdağ” kafesinin yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yerə yıxıb sifət və qulaq nahiyələrini dişləyərək qəsdən sonuncuya “sağ qulaq seyvanının qançırı, sağ əlin İİİ barmağının şişkinliyi və sağ baldırın yara izi” kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs döymüş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş döymə inzibati xətasını törətmişdir. Xaçmaz rayon Prokurorluğu tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında Xaçmaz Rayon Prokurorluğunun nümayəndəsi X6 izahatında göstərmişdir ki, Şəxs 01,03.2024-cü il tarixdə saat 23 radələrində Xaçmaz-Niyazoba avtomobil yolunun Xaçmaz rayonu, Qaraqurdlu kəndi ərazisindən keçən 4-cü kilometrliyinin sol tərəfində yerləşən “Şahdağ” kafesinin yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yerə yıxıb sifət və qulaq nahiyələrini dişləyərək qəsdən sonuncuya “sağ qulaq seyvanının qançırı, sağ əlin İİİ barmağının şişkinliyi və sağ baldırın yara izi” kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs döymüş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş döymə inzibati xətasını törətmişdir. Məhkəmə iclasında izahat verən Zərərçəkmiş şəxs vəkili X4 izahatında göstərmişdir ki, tərəflər kafedə yeyib içiblər, burada Kamran onun ailəsinə və övladlarına söyüşlər söyməyə başlayıb. Buna görə də çölə çıxıblar. Nəhayət bu hadisə baş vermişdir. Kamran qarşı tərəfə diş zərbələri yetirməklə üzünü, qulaqlarını pis vəziyyətə salmışdır. Üzləşmə zamanı da Kamran onlara və polislərə də təhqiramiz söyüşlər söymüşdür. Kamran artıq fürsətçilik etməyə başlayıb. X8 evinin kirayə haqqını ödəyə bilmədiyinə görə şikayət etmiş o, da şəxsən Kamrana 200 manat pul vermişdir ki, evinin kirayəsini versin. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs dostu Əlihüseynin vasitəsilə tanımışdır. xx.xx.2024-cü il tarixdə Sevda adlı xanımın işlətdiyi “Şahdağ” kafesinə getmişlər. Yeyib-içən zaman Faiq söhbət etmək üçün onu çölə dəvət etmiş və Faiqlə birlikdə kafeni tərk edib təxminən 100-120 metr Niyazoba kəndi istiqamətində gedib yolun sol tərəfindəki boş sahədəki yığılmış kərpiclərin yanında dayanmışlar. Həmin vaxt Faiq onun yaxasından tutaraq onu yerə yıxıb üstünə çıxmışdır. Faiq əlləri ilə onu boğazından tutub boğmağa başlamışdır. O, əlləri ilə Faiqin yaxasından tutub sonuncunu altına yıxmış və üstünə çıxaraq Faiqin boğazını sıxıb sakit olmasını bildirmişdir. Faiq əlindəki bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurmağa başlamışdır. O, günahsız yerə 17-18 bıçaq zərbəsi almışdır. O, özünü qorumaq və canını xilas etmək üçün ona xəsarət yetirmişdir. Faiq onu kafedən çölə çıxardıb, belə bir vəziyyət qarşısında nə edə bilərdi ki. O, da ondan xilas olmaq məqsədilə onunla boğuşmuş və ondan qurtulmaq məqsədilə xəsarətlər yetirmişdir. O, ona boğuşduqları ərəfəfdə də demişdir ki, onunla qərəzi yoxdur, onu buraxsın. Onlar barışmamışlar. Ona 2 dəfə 500 manat təklif ediblər. O, onun tutulmağınıda istəmir iki övladı var. O, əmək qabiliyyətini itirmişdir. Komadan ayılandan sonra onun evinə gəlmişlər, o, onları yaxşı qarşılamış hətta çay süfrəsi də açmışdır. Onlarla anlşamışdır ki, yazıqdır tutulmasın. Barışıq üçün ərizə də verib. Lakin sonradan onlar verdikləri sözün heç birini tutmamışlar. Ona torpaq sahəsi də təklif etmişlər. Ev kirayəsini ödəməyi, müalicəsini etməyi söz vermişlər. Hadisə vaxtı ikisi də içkili olmuş, lakin Faiq onu öldürmək məqsədilə onu bıçalayıb. Kirayədə qalır. Həbs edilməməsini xahiş edir. Həbs edilsə ailəsinin vəziyyəti şox pis olacaqdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil izahatında göstərmişdir ki, Şəxs baş vermiş hadisə ilə əlaqədar olaraq notariat kontorunda barışıq ərizəsi də yazmışdır. Lakin sonradan digər tərəf verdikləri sözə əməl etmədiklərindən ərizəsini geri götürmüşdür. Məhkəmə baxışı zamanı tədqiq edilmiş iş materiallarında olan: -Cinayət işinin başlanması haqqında qərardan müəyyən olunur ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə cinayət işi açılmışdır. - 05 mart 2024-cü il tarixli 02/168 saylı ekspert rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs- badəni üzərində aşkar olunan xəsarətlər - sağ qulaq seyvanında, sifətində sağda, sağ əlin İİİ barmağının arxa səthində əzilmiş yaralar küt əşyanın (əşyaların- ola bilsin ki, dişlərin) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 01 mart 2024-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. - 16 may 2024-cü il tarilxli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanmışdır. Məhkəmə inzibati xətaya dair materialları,ekspert rəylərini, proses iştirakçılarının izahatlarını dinləyib araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin izahatı, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Ekspertiza rəyləri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Şəxs zərərçəkmiş şəxsi vurmadığını göstərsə də, onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş materiallarında olan və yuxarıda sadalanan sübutların məcmusu ilə təkzib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. -21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. -31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. – Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə AR İXM-nin 157-ci maddəsinə münasibətdə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51,114, 115,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: xx.xx.1990-cı ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli 16 may 2024-cü il tarixdən, saat 18:20-dən hesablansın. Məhkəmə iclas zalında dərhal həbsə alınsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-651/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-651/2024
16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver