Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-652/2024 17.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X6 təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1984-cü ildə Xaçmaz rayonunun Fərzəlioba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Fərzəlioba kəndində yaşayan X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 21 noyabr 2023-cü il tarixdə səhər saatlarında Xaçmaz şəhəri Mərkəzi Poçtun qarşısında həmkəndlisi Zərərçəkmiş şəxs heç bir səbəb olmadan yaxınlaşmış və onu narahat edərək ictimai qaydanın pozulmasına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X6 təhlükəsizlik bölməsinin polis sahə rəisi X3 göstərdi ki, xx.xx.2024-cü il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinə ərizə verərək xx.xx.2024-cü il tarixdə Xaçmaz şəhər H.Əliyev prospektində yerləşən parkda əvvəllər tanıdığı Xaçmaz rayonu, Qusarçay kəndində yaşayan Şəxs ona yaxınlaşmı və heç bir səbəb olmadan onu narahat edərək telefon nömrəsini iştəmişdir. Xanım ona ailəli olduğunu bildirərək ondan uzaqlaşmasını tələb etsə də O, zərərçəkmişin arxasınca düşərək zərərçəkmişi qorxutmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törədilmiş xətanı qəbul etməyərək izahatında göstərdi ki, 2018-ci ildə o, zərərçəkmişin ailəsindən gilas almamışdır. Onun valideyni ondan nə aldığını soruşanda vişnə yığdığını bildirmiş, o, da həmin vişnələri aparıb satmağını ondan xahiş etmişdir. O, həmin gün üstündə pul olmadığından Zərərçəkmiş şəxs anasına pulu verə bilmədiyinə görə vişnələri satdıqdan sonra pulu vermək məqsədilə əlaqə nömrəsini götürmüşdür Sonradan avtomobilinin sığorta müddəti çatdığı üçün həmin pula avtomobilini sığorta etdirmişdir. Aytac zəng edib ondan vişnə-gilas almağını soruşanda pulu olmadığını bildirmiş, o, isə pulun onda olduğunu demişdir. O, isə qızı uzaqlaşdırmaq məqsədilə buna əhəmiyyət verməmiş, lakin onlara borclu olduğu 100 manat pulu verməmişdir. Sonradan Aytac 2018-ci ildə onlardan aldığı vişnənin pulunu onun evinə gedərək anasından istəmişdir, O da pulu aparıb anasına qaytarmışdır. Həmin gün isə parkda Aytacı görüb tanıdığına görə yanına yaxınlaşaraq ona salam vermişdir. Daha sonra Aytac parkda yanında başqa qadınla stolda oturmuşdu. O, Aytaca qarşı onu tənqir edici hərəkət etməmiş və onun ardınca getməmişdir. Barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Şəxs 2018-ci ildə onlardan gilas almış və həmin gilasın pulunu verməmişdir. Daha sonra anasının telefon nömrəsini götürərək gilasları satdıqdan sonra onun pulunu verəcəyini anasına bildirmişdir. Məmməd gilas aldığı gün onların həyətində çay içib getdikdən sonra anasının telefonuna çaydan da qızından da xoşu gəldiyini yazmışdır. Sonradan onunla heç bir əlaqələri olmamışdır. xx.xx.2024-cü il tarixdə Xaçmaz şəhər Mərkəzi Poçtun qarşısında parkda oturarkən Şəxs gedib ona yaxınlaşaraq ondan gilas aldığını, telefonda yazışmalarını, həmin yazışmaların onda qalması və yenidən danışmaq istədiyi barədə ifadələr işlətmiş və adını ucadan səsləndirərək ətrafdakı insanların nəzərini üstlərinə cəlb etmişdir. O, ona evli olduğunu bildirsə də ona inanmayaraq qarşısını kəsmişdir. O, bundan çox qorxub həyacanlanaraq polisə müraciət etmişdir. Fariz Şixmuradov barəsində şikayətçi olmaqla iş üzrə qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 16 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini və törətdiyi xətadan səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini və Аzərbаycаn Rеspublikаsının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(067)-652/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-652/2024
17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver