Məhkəmə qərarları › İş №3(067)-653/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-653/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-653/2024 17.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibiİsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon X4 Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1986-cı ildə Xaçmaz rayonunun Yataq-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Xaçmaz rayonunun Yataqoba kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 06 may 2024-cü il tarixdə saat 19:00 radələrində “Xudat şəhərində yerləşən “Gəncə təndiri” şirniyyat mağazasına gedərək orada işləyən keçmiş həyat yoldaşı zərərçəkmiş Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edərək inzibati binada heç bir səbəb olmadan mağazanın işçilərinin narahatçılığına və iş rejiminin pozulmasına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon X4 Polis Bölməsinin sahə rəisi, polis mayoru X2 göstərdi ki, xx.xx.2024-cü il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs Xaçmaz rayon X4 rayon Polis Bölməsinə ərizə verərək xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində işlədiyi Xudat şəhərində yerləşən Gəncə Təndiri mağazasında olan zaman keçmiş həyat yoldaşı Şəxs onun işlədiyi yerə gedərək onu nalayiq ifadələrlə təhqir etmişdir. Bundan başqa da mütəmadi olaraq onu işlədiyi yerlərdə narahat edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs bununla bağlı qanuni tədbirlər görməsini xahiş etmişdir. Bu səbəbdən Şəxs barəsində müvafiq sənədləşmə aparılmışdır. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, zərərçəkmiş 6 ildir ki, ondan ayrılıb və uşağı ona göstərmir. İcra məmuru Faqil Adıgözəlov onu Xaçmaz rayon İcra Şöbəsinə çağırmış və orada uşağıyla görüşmüşdür. O, uşağı aparıb yedirtmiş, ona geyim almışdır. Səbinə atasının qəbrini söydüyü üçün işdən çıxandan sonra gedib onu vurmuşdur. İçkili vəziyyətdə olmuşdur, əməlindən peşmandır və bundan sonra içki içməyəcəkdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs qeyd etmişdir ki, Şəxsla 2014-cü ildə qeyri-rəsmi ailə quraraq birlikdə yaşamış və 2015-ci ildə xasiyyətləri uyğun gəlmədiyi səbəbindən ayrılmışlar. Birgə münasibətlərindən bir uşaqları vardır. O, Qusarçay ərazisində yerləşən Kristal TM-də işlədiyi 4 il ərzində Nicat iş yerinə hər dəfə içkili vəziyyətdə gedərək ona qarşı nalayiq ifadələr işlətmiş və onu söyüb-təhqir etmişdir. Həmin işlədiyi yerdə narahatçılıq yaşandığı üçün onu işdən azad etmişdilər. Sonradan Xudat şəhərində yerləşən Gəncə Təndiri adlı şirniyyat evində işə başlamışdır. Oraya da içkili vəziyyətdə gedərək onu nalayıq ifadələrlə söyüb təhqir edərək müştərilərin rahatçılığını pozmuşdur. Onun barışmaq istəsə də o, barışmaq istəmir, çünkü o, içki düşkünüdür, evə və ailəyə baxmır. Aliment borcunu da ödəmir, 750 manat aliment borcu yığılıb qalmışdır. Uşağı özü tək başına saxlayır. Bbunada imkan vermir, ona görə işlədiyi yerlərdən onu işdən azad edirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş 17 may 2024-cü il tarixli, MN №1981228 nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərərçəkmişin ifadəsi, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İnzibati xəta törətmiş şəxs Şəxs hər hansı hüquqa zidd hərəkətə yol verməməsi barədə izahatında irəli sürdüyü dəllilər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 16 may 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16 may 2024-cü il tarixdə saat 17:50 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 16 may 2024-cü il tarixdən, saat 17:50-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 07 (yeddi) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 16 may 2024-cü il tarixdən, saat 17:50-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar