Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-654/2020 06.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1977-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx xxxxxxxx 2019-cu il və xx xxxxxx 2020-ci il tarixlərdə «MİTSUBİSHİ PAJERO» markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1, 329.3 və 333.1-ci maddələri ilə məsuliyyət nəzərdə tutulan xx xxxxxxxx 2019-cu il və xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilməklə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin tarixli EQ seriyalı, ******* və İXP seriyalı, ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarlara əsasən 10 və 400 manat məbləğində cərimə olunmuşdur. Lakin Şəxs barəsində çıxarılmış qərarlarla tanış olaraq qərarların, protokolların surətlərini və cərimə bildirişlərini rəsmi qaydada almasına baxmayaraq barəsində qəbul edilmiş qərarların qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarları icra etməmişdir. Bu barədə Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin inspektoru, polis baş leytenantı X1 tərəfindən xx xxxx 2020-ci il tarixdə, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, barəsində tərtib olunmuş xx xxxxxxxx 2019-cu il tarixli EQ ******* və xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarlar üzrə cərimə və dəbbə pulu daxil olmaqla ümumilkdə 656 manat məbləğində pulu hazırda tam şəkildə ödəmişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş mərkəzi informasiya sistemindən götürülmüş çıxarışdan görünür ki, Şəxs xx xxxxxxxx 2019-cu il tarixli EQ ******* və xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1, 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 10 və 400 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan xx xxxxxx 2020-c il tarixli, İXP seriyalı, ******* və xx xxxx 2020-ci tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs tərəfindən xx xxxxxxxx 2019-cu il tarixli EQ ******* və xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı qərarların qanuni qüvvəyə mindiyi gündən 03 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə onun barəsində qeyd olunan inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “DİN-nin DYP-nin web portalı”ndan çıxarışlardan görünür ki, Şəxs tərəfindən xx xxxxxxxx 2019-cu il tarixli EQ ******* və xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarlar üzrə təyin edilmiş cərimə və dəbbə pulu daxil olmaqla ümumilkdə 656 manat pulu tam şəkildə ödənilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, Şəxs xx xxxxxxxx 2019-cu il tarixli EQ ******* və xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarlar üzrə cərimələri ödədiyindən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeydinə görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsini duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilsin və başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-654/2020
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-654/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver