Məhkəmə qərarları › İş №3(067)-655/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-655/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-655/2025 05.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin KTŞ-nin sahə rəisi, polis mayoru Nümayəndə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Xaçmaz rayonu, Qaraçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xaçmaz rayonu, Qaraçı kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi üzrə Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Şəxs xx.xx.2025-ci il tarixdə Xaçmaz rayonu, Gülalan kəndi ərazisində qeydiyyatsız mülki ov silahını saxlama və gəzdirmə qaydasını pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində xx.xx.2025-ciil tarixli, MN seriyalı, ******* nömrəliinzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs bildirmişdir ki, 25 fevral 2025-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Xaçmaz rayonu. Qaraçı kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Şəxs ünvan 3hı və həmin silaha aid olan 04 ədəd patron daşımasını görərək saxlamışlar. Polis əməkdaşları vətəndaşdan həmin silaha aid hər hansı bir sənədin olub-olmamasını soruşduqda, vətəndaş silahın sənədlərinin atasında olmasını bildirmişdir. Sonradan şəxsin atası Abasov X1 RPŞ-nə dəvət olunmuş və orada həmin silahın sənədlərini təqdim edə bilməmişdir. Ona görə də tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və material baxılması üçün Xaçmaz rayon məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, həmin ov silahı babasından ona qalmışdır. Silahın sənədinin olubolmaması barədə məlumatı yoxdur və həmçinin ovçuluq bileti də yoxdur. Belə ki, təsərrüfatlarında vəhşi heyvanlardan qorunmaq üçün ov tüfəngi onun üzərində olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Lakin 04 ədəd patron silahın üzərində deyil, onun özünün üzərində olmuşdur. O, həmin silahın özünə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokol və iş materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Qaraçı kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Şəxs ünvan 4ə ov silahı və həmin silaha aid olan 04 ədəd patron daşımasını görərək saxlamış və sonradan müəyyən edilmişdir ki, həmin qoşalülə tipli, İzh-59 “Sputnik” markaya məxsus olan, lüləsinin nömrəsi B7400 və qundaq nömrəsi B6855 olan ov silahının ona məxsus olmasını təsdiq edən rəsmi sənədləri yoxdur. - xx.xx.2025-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan müəyyən edilir ki, toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanması rədd edilmiş, 01 ədəd mülki silah və 04 ədəd patronlar DİN Madditexniki Təminat Baş İdarəsinə təqdim edilməsindən ötrü hakim tərəfindən müsadirə tətbiq edilənədək Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Xaçmaz RPŞ-də verdiyi xx.xx.2025-ci il tarixli izahatından müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə, səhər saat 09 radələrində yaşadığı ünvandan çıxaraq Xaçmaz rayonu, Gülalan kəndinə getmişdir. Xaçmaz rayonu, Gülalan kəndində atası Böyükağa Abasova məxsus olan təbii göl yerləşir və buna görə də, atasının rəsmi qeydiyyatda olan ov tüfəngi vardır. O, həmin ov tüfəngini saxladığı yerdən götürərək gölün yaxınlığına getmişdir. O, həmin tüfəngdən atəş açmamış, lakin maraq üçün həmin tüfənglə gölün ətrafında piyada gəzmişdir. Bu zaman Xaçmaz RPŞ-nin PPXB-nin əməkdaşları ona yaxınlaşmışlar. Onun ovçuluq bileti və tüfəngə dair sənədləri olmadığını aşkar edərək Xaçmaz RPŞ-yə aparmışlar. Xaçmaz RPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən onun üzərindən 01 ədəd qoşalülə adlanan atasına məxsus olan ov tüfəngi və 04 ədəd patron aşkar edilmişdir. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, Xaçmaz RPŞ-nin KTŞ-nin sahə rəisi, polis mayoru Nümayəndə tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə Xaçmaz rayonu, Gülalan kəndi ərazisində qeydiyyatsız mülki ov silahını saxlama və gəzdirmə qaydasını pozmuşdur. - məhkəmə iclasında inzibati xətanın bilavasitə obyekti olmuş 01 ədəd mülki ov silahı bilavasitə məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən X3 barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 01 ədəd mülki ov silahı və ona aid edilən 04 ədəd patronlar müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx xxx 1985-ci il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 01 ədəd mülki ov silahı və ona aid edilən 04 ədəd patronlar müsadirə edilməklə 100 (bir yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edənAynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar