Məhkəmə qərarları › İş №3(067)-656/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-656/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-656/2025 08.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon X8 Təhlüksizlik Bölməsinin sahə rəisi, polis kapitanı Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxxxx 1957-ci ildə Xaçmaz rayonu, Qaraçı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonunun Qaraçı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 aprel 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X8 Təhlüksizlik Bölməsinin sahə rəisi, polis kapitanı Nümayəndə göstərdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Abasov X4 rayonu, Gülalan kəndində özünə məxsus gölü var. Göldə müxtəlif növ balıqlar mövcuddur, həmin balıqlar ətrafda olan çöl quşları və çöl pişikləri tərəfindən yeyildiyi üçün, Şəxs istifadıəsində olan ov tüfəngini oğlu X3 vermişdir ki, gölə hər hansı bir heyvanın yaxınlaşmasının qarşısını alsın. xx.xx.2025-ci il tarixdə ərazidə xidmətdə olan Xaçmaz rayon X11 Patrul Xidmətinin polis əməkdaşları Abasəli Abasovu çiynində ov silahının olduğunu görüb ona yaxınlaşaraq həmin tüfəngin kimə məxsus olduğunu soruşmuş və daha sonra isə həmin silahla bağlı sənədləri təqdim etməsini təklif etmişlər. Həmin vaxt Abasəli Abasov tüfəngin atası Şəxs məxsus olduğunu bildirsə də tüfəngə aid hər hansı bir sənədi təqdim edə bilməmişdir. Bundan sonra hər iki vətəndaş yəni Şəxs və oğlu X1 rayon Polis Şöbəsinə dəvət edilmiş, Xaçmaz rayon X7 Bölməsi tərəfindən vətəndaş X6 və Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta tərkibinin əlamətlərinin olduğunu müəyyən edib və işin aidiyyəti üzrə Xaçmaz rayon X8 Təhlükəsizlik Bölməsinə verilmişdir. Ona görə də tərəfindən vətəndaşlar barəsində, hər iki vətəndaş barəsində İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, onun Xaçmaz rayon Gülalan kəndinin ərazisində özünə məxsus gölü var. Həmin göldə balıqçılıq təsərrüfatı ilə məşqul olur. Gölə quşlar enərək ordakı balıqları yediyinə görə oğlu Abasəli tüfənglə gölə nəzarət etmişdir ki, quşlar ora enərək göldəki balıqları yeməsin. Həmin vaxt ərazi üzrə xidməti vəzifələrini yerinə yetirən Xaçmaz rayon X11 Patrul Xidmətinin əməkdaşları oğluna yaxınlaşaraq çiynində gördükləri silahın sənədlərini təqdim etməsini istədikdə silahın sənədinin olmadığı müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXMnin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 10 aprel 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Xaçmaz rayonu, Gülalan kəndində mülkiyyətində olan qeydiyyatsız mülki ov silahının saxlama və gəzdirmə qaydasını pozmuş, bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Xaçmaz rayon məhkəməsinin 05 may 2025-ci il tarixli, 3(067)-655/2025 saylı qərardan görünür ki, inzibati xətanın bilavasitə obyekti olmuş 01 ədəd mülki ov silahı və ona aid edilən 04 ədəd patronlar müsadirə edilmişdir. Beləliklə də inzibati iş materialları məhkəmə tərəfindən araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs qoşalülə tipli, İzh-59 “Sputnik” markaya məxsus olan, lüləsinin nömrəsi B7400 və qundaq nömrəsi B6855 olan ov silahını müvafiq icazə olmadan saxlamış, ona görə də barəsində inzibati xətanı törətməsi barədə haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması” qaydalarının 3.13-cü bəndinə görə vətəndaşlar əldə etdikləri mülki silahı və onun döyüş sursatını özlərinin yaşayış yerlərində həmin silah və sursatın mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçməsini istisna edən, etibarlı şəkildə bağlı olan yerlərdə saxlamalıdırlar. Həmin qaydaların 4.4-cü bəndinə əsasən vətəndaşlar özləri ilə onlara məxsus olan özünümüdafiə silahını hər zaman, odlu ov və idman silahını isə müvafiq olaraq ovla məşğul olduqları zaman və ya idman yarışlarının, yaxud təlim-atəş məşqlərinin keçirilməsi zamanı gəzdirə bilərlər. Həmin qaydaların 4.6-cı bəndinə əsasən silahların, onların gəzdirilməsi zamanı döyüş vəziyyətində olmasına, bir qayda olaraq, yol verilmir. Silahlar gəzdirilərkən onların döyüş vəziyyətinə gətirilməsinə yalnız zəruri müdafiə və son zərurət şəraitində qanunvericiliklə müəyyən edilmiş hallarda yol verilir. Həmin qaydaların 4.7-ci bəndinə əsasən yivli və yivsiz odlu uzun lüləli ov silahları çexolda, qısa lüləli və idman silahı isə qoburda gəzdirilməlidir. İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə- silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan silah Xaçmaz rayon məhkəməsinin 05 may 2025-ci il tarixli, 3(067)-655/2025 saylı qərarına əsasən müsadirə edilməsi nəzərə alınmaqla ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Xaçmaz rayon məhkəməsinin 05 may 2025-ci il tarixli, 3(067)-655/2025 saylı qərarına əsasən qoşalülə tipli, İzh-59 “Sputnik” markaya məxsus olan, lüləsinin nömrəsi B7400 və qundaq nömrəsi B6855 olan ov silahın müsadirə edilməsi nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM İmza var SƏRXAN SƏMƏDZADƏ Düzdür: HAKİM XİDİR QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar