Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-657/2025 21.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, 19 mart 1995-ci ildə Xaçmaz rayonu, Hacıəhməd-oba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanda yaşayan X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 08 aprel 2025-ci il tarixli, EQ seriyalı 27193425 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 08 aprel 2025-ci il tarixli, EQ seriyalı 27193425 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, özünə məxsus “MAZ 5549” markalı ** BV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Qobuda mişar daşı ilə yükləmiş və daha sonra tərəzi vasitəsi ilə çəkilmiş, tərəzidə çəkilən zaman nəqliyyat vasitəsinin yük çəkmə qabiliyyəti 18 ton yük daşınma qabiliyyətinə malik olsa da həmin vaxt nəqliyyat vasitəsində ki, yükün çəkisi 17500 kq yəni 17 ton yarım olmuşdur və bu barədə ona müvafiq tərəzi qəbzi verilmişdir. Daha sonra o, həmin yükü götürərək Xaçmaz rayona gətirmək üçün yola düşmüşdür. Həmin yolun üzərində 3 tərəzi var və o, hər üç tərəzidən də keçmişdir. Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində olan elektron tərəzidən keçdiyi vaxt ona nəqliyyat vasitəsindəki, yükün çəkisi 17500 kq olduğu halda elektron tərəzi nəqliyyat vasitəsində ki, yükün çəkisinin 23900 kq olduğunu göstərək 600 manat cərimə olunmağı ilə bağlı istifadəsində olan mobil telefon vasitəsinə sms gəlmişdir. İdarə etdiyi nəqliyyat vasitəsinin buraxılışı ili 1985-ci il buraxılışı olduğunu, yolda sürət həddinin 30-40 olmaqlda idarə edilməsinin mümkün olduğunu, yük götürmə qabiliyyətinin isə 18 ton olduğunu demişdir, bununla bağlı müvafiq sənədlərini də məhkəməyə təqdim etdi. O, nəqliyyat vasitəsində yük ilə hərəkətdə olduğu zaman yükün ölçüsünün müəyyən etmək məqsədi ilə yolun üzərində yerləşdirilmiş tərəzilərdən keçərkən yolda idarə sürətini daha da azaldaraq keçmişdir. O, daha sona həmin tərəzidən sonra yol üzərində yerləşdirilmiş digər tərəzilərdən də eyni yük ilə keçmiş, lakin həmin vaxt onun yükünün artıq olmaması müəyyən edilmişdir. Eyni oxşar hadisə bundan qabaqda onun başına gəlmiş, lakin mənim qanunlardan başı çıxmadığına görə o, həmin cəriməni ödəmişdir. Artıq bu dəfə o, həmin cəriməni ödəmək istəmədiyi üçün, həmin cərimənin haqsız yerə ona yazıldığı üçün barəsində olan cərimə ilə razılaşmayaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İnzibati qərar qəbul etmiş Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 08 aprel 2025-ci il tarixli, EQ seriyalı 27193425 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 08 aprel 2025-ci il saat 01:02 radələrində özünə məxsus MAZ 5549 YÜK markalı ** BV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə M-1 44.6 km, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən Quba istiqamətində hərəkət olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələblərinin pozulması ilə bağlı 600 manat cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş 07 aprel 2025-ci il tarixli, 1251 nömrəli tərəzi qəbzindən görünür ki, MAZ 5549 YÜK markalı ** BV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin giriş vaxtı xx.xx.2025-ci il saat 21:02:43, çıxış vaxtı isə xx.xx.2025-ci il saat 21:04:38 olmuş, həmin vaxtı nəqliyyat vasitəsinə yüklənmiş yükün həcmi isə tərəzi vasitəsi ilə çəkildikdə 17500 kq olmuş, yüklənmiş yükün növü isə mişar daşı olmuşdur. İş materiallarında olan X3 Şəhadətnaməsindən görünür ki, MAZ 5549 YÜK markalı ** BV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin buraxılış ili 1985-ci ildir. İş materiallarında olan mobil telefon çıxarışından görünür ki, X4 08 aprel 2025-ci il saat 01:02 radələrində özünə məxsus MAZ 5549 YÜK markalı ** BV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə M-1 44.6 km, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən Quba istiqamətində hərəkət olarkən idarə etdiyi nəqliyyat vasitəsinin yük daşıma limiti 18000 kq, yəni 18 ton olmuş, lakin həmin vaxt tərəzidə çəkisi 23900 kq, yəni 24 tondan 100 kq aşağı olmuşdur. İş materiallarına əlavə edilmiş sübutlara qiymət verdikdə məhkəmə hesab edir ki, **- BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2025-ci il tarixdə saat 21:04-də 1985-ci il istehsallı Maz markalı yük maşınının 17500 kg yüklə yüklənərək yola düşməsi və xx.xx.2025-ci il tarixdə saat 01:02-də cəmi 4 saatdan sonra onun yükünün 23900 kg, yəni 6400 kg atrıq müəyyən edilməsi heç ağlabatan hesab edilmir. Ona görə ki, birinci növbədə avtomobilin 40 il istismar olması nəzərə alsaq, onun müəyyən edilmiş 18000 kiloqram limitdən 6400 kiloqram artıq yükün daşınması mümkünsüzdür. Həmçinin 4 saat ərzində yük maşınına həm əlavə 6400 kiloqramın yüklənməsi, həm uzun məsafə qət etməsi də mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X4 mahiyyəti üzrə hər hansı inzibati xəta törətmədiyini bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 08 aprel 2025-ci il tarixli, EQ seriyalı 27193425 nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində olan 08 aprel 2025-ci il tarixli, EQ seriyalı 27193425 nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən hakim inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Daxili İşlər Nazirliyinin Baş X9 idarəsinin 08 aprel 2025-ci il tarixli, EQ seriyalı 27193425 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 şikayəti təmin edilsin. Daxili İşlər Nazirliyinin Baş X9 idarəsinin 08 aprel 2025-ci il tarixli, EQ seriyalı 27193425 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-657/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-657/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver