Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-658/2023 25.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, X1 iştirakları ilə, 28 iyun 1972-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Xaçmaz şəhəri, X.Şükürov küçəsində yaşayan X3 Xaçmaz rayon polis İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X11 X13 dövlət avtomobil müfəttişi polis kapitanı X5 24 mart 2023-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 Xaçmaz rayon polis İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X11 X13 dövlət avtomobil müfəttişi polis kapitanı X5 24 mart 2023-cü il tarixli, TP ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində Xaçmaz şəhəri, Bakı Prospektində M 21 VOLQA minik markalı 10-HB- 438 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, yolun sol tərəfinə dönmə əməliyyatını yerinə yetirən zaman, qəflətən arxadan gələn yük avtomobili onun idarə etdiyi nəqliyyat vasitəsini vurmuş, nəticədə o, idarə etməni itirərək yolun digər tərəfində dayanmış vəziyyətdə olan LADA 07 markalı avtomaşına çırpılnışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xoşbəxtçilikdən xəsarət alan olmamışdır. Hadisə yerinə gələn Xaçmaz rayon X11 X13 dövlət avtomobil müfəttişi polis kapitanı X8 baş vermiş qəzanın səbəblərini araşdırmaq məqsədi ilə həmin ərazidə yerləşdirilmiş nəzarət kameralarına baxış keçirdikrən sonra ona hadisənin baş verməsində günahkar yük avtomobilinin sürücüsündə olduğunu bildmişdir. Lakin hadisənin baş verdiyi andan biraz keçdikdən sonra Azər Süleymanov ona həmin hadisənin baş verməsində günahkarın onun olduğunu bildirərək barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə görə onu 60 manat cərimə etmişdir. Xaçmaz rayon X11 X13 dövlət avtomobil müfəttişi polis kapitanı X8 hadisə yerində heç bir araşdırma aparmadan və kamera görüntülərini nəzərdən keçirtsədə öz başına bir başa hadisədən 20 dəqiqə sonra barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsini tətbiq etmişdir. Halbuki kamera görüntülərind açıq aşkar görünür ki, yük avtomobili onun nəqliyyat vasitəsini yararsız hala salmışdır. Açıq-aydın hiss olunurdu ki, polis kapitanı X8 qarşı tərəfi müdafiə edirki o, günahkar çıxsın və yük avtonəqliyyat vasitəsinin sahibi sığorta xidmətindən yararlansın. O, bu haqsızlığı görərək məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən Xaçmaz rayon X11 X13 dövlət avtomobil müfəttişi polis kapitanı X8 tərəfindən barəsində tərtib edilmiş 24 mart 2023-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Xaçmaz rayon polis İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X11 X13 dövlət avtomobil müfəttişi polis kapitanı X8 məhkəmə iclasına gəlməmiş iş üzrə Azərbaycan Respublikası Xaçmaz rayon polis İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X11 X13 dövlət avtomobil müfəttişi polis kapitanı X8 məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Xaçmaz rayon Dövlət X13 24 mart 2023-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24 mart 2023-cü il tarixli, TP 5635700 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 23 mart 2023-cü il tarixdə X6 idarə etdiyi Xaçmaz şəhəri, Bakı Prospektində M 21 VOLQA minik markalı 10-HB- 438 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı istiqamətindən Xaçmaz şəhəri istiqamətinə gələrkən dönmə əməliyyatını düzgün həyata keçirməmişdir. 24 mart 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 23 mart 2023-cü il tarixdə X6 idarə etdiyi M 21 VOLQA minik markalı 10-HB- 438 dövlət qeydiyyat nişanlı avtomaşını ilə üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmuşdur. Buna əsasən X6 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. X1 təqdim etdiyi hadisənin videogörüntüsünü əks etdirən diskə məhkəmə iclasında baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, videonun 18-ci saniyəsində qırmızı rəngli M 21 Volqa markalı avtomobili yolun hərəkət hissəsinin sağ zolağından üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmaqla geriyə manevr etmiş və nəticədə yolun sol zolağı ilə hərəkət edən avtomobillə toqquşmuşdur. Baxışda iştirak edən X6 qırmızı rəngli nəqliyyat vasitəsinin ona məxsus olan M 21 VOLQA minik markalı 10-HB- 438 dövlət qeydiyyat nişanlı avtomobilin olmasını və həmin zaman sükan arxasında özünün olmasını təsdiq etmişdir. pozmuşdur. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-cü maddəsinin Vİ hissəsinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, təqdim edilmiş videogörüntüdən məlum olur ki, o, sola və ya geriyə manevr edərkən, Azərbaycan Respublikası Yol hərəkəti haqqıda Qanununun 42-ci maddəsinin İV hissəsinin tələblərini pozmuşdur. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Xaçmaz rayon Dövlət X13 24 mart 2023-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı qanuni olduğundan şikayət təmin edilməməli, adı çəkilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 Xaçmaz rayon Dövlət X13 24 mart 2023-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-658/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-658/2023
25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver