Məhkəmə qərarları › İş №3(067)-660/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-660/2023

11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-660/2023 11.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materialı nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 11 may 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xaçmaz rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş 11 may 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında materiallar natamamdır və işə baxılarkən bunu tamamlamaq mümkün deyil. Belə ki, iş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və iş üzrə Zərərçəkmiş şəxs izahatlarından görünür ki, hadisə zamanı orada qonşu X1 da olmuşdur. Lakin inzibati icraat zamanı şahidin izahatı təhqiqat araşdırması zamanı səthi və keyfiyyətsiz alınsa da, inzibati icraat zamanı alınmamışdır. Belə ki, X1 təhqiqat araşdırması zamanı izahatında mübahisəni gördüyünü qeyd etsə də, mübahisə zamanı Zərərçəkmiş şəxs xəsarətin kim tərəfindən yetirilməsi araşdırılmamışdır. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hadisənin video cihaz vasitəsilə qeyd alındığını və hal-hazırda videogörüntünün də mövcud olduğunu, həmin videogörüntünün polis əməkdaşlarına təqdim etsə də, polis əməkdaşları tərəfindən baxış keçirilmədiyini bildirmşdir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, Şəxs barəsində İXM-in 157- ci maddəsi ilə tərtib edilmiş 11 may 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Xaçmaz rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş 11 may 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Xaçmaz rayon Polis Şöbəsinə geri qaytarılsın. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar