Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-666/2023 12.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, X2, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X2 BDYPİ-nin xx.xx.2023-cü il tarixli, TP-5542979 nömrəli və xx.xx.2023-cü il tarixli, TP-5542979 nömrəli qərarların ləğv edilməsi barədə verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X3 məhkəməyə müraciət edərək BDYPİ-nin xx.xx.2023-cü il tarixli, TP-5542979 nömrəli və xx.xx.2023-cü il tarixli, TP-5542979 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 01 fevral 2023-cü ii tarixdə, saat 16:00 radələıində. etibarnamə əsasında idarə etdiyi "KAMAZ 53212" yük markalı, **-HA- *** dovlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin yeni tikilməkdə olan soyuducu anbarlara içməli su apardığı zaman hər-hansı bir yol hərəkəti qaydasını pozmamağına baxmayaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 13- ci kilometrində "MAN" yük markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi arxadan onun idarə etdiyi nəqliyyat vasitəsinə çırpılaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə yerinə gəlmiş polis əməkdaşları ona məsələnin onun barəsində 36 (otuz altı) manat məbləğində cərin növündə tənbeh tədbiri tətbiq edilməklə və həmin cərimənin də onlar tərəfindən ödənilməsi ilə həll ediləcəyini biləcəyini bildirdilər. Onun buna razı olmaması səbəbi ilə 04 fevral 2023-cü il tarixdə, saat 12 radələrində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yenidən polis əməkdaşları ilə görüşdüyü zaman isə barəsində 60 (altmış) manat məbləğində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar ona təqdim edilib. Bu halları nəzərə alaraq, o, inzibati tənb vermə haqqında TP seriyalı, ******* nömrəli, 01 fevral 2023-cü il tarixli qərarın düzgün olmadığını hesab edir və bu xüsusiyyətlərin nəzərə alınıb müvafiq araşdırmanın aparılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qərar çıxarılan şəxs X3 ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qərar çıxarılan şəxsin vəkili izahatında dövlət orqanının inzibati xəta haqqında qəbul etdiyi qərarın ləğv edilməsini,şikayətin təmin edilməsini, icraata xitam verilməsini xahiş edir. BDYPİ-nin nümayəndəsi məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin və onun vəkilinin izahatlarını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin olunmalı,inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP-5542979 nömrəli və xx.xx.2023-cü il tarixli, TP-5542979 nömrəli qərarlardan görünür ki, X3 cərimə olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi, məhkəmə araşdırması zamanı inzibati xətanın baş verməsini sübut edən sənədlər və ya görüntülər məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə inzibati qərar çıxarılan şəxs iki dəfə eyni bir inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunmuşdur. (xx.xx.2023-cü il tarixli, TP-5542979 nömrəli və xx.xx.2023-cü il tarixli, TP-5542979 nömrəli qərarlar) Azərbaycan Respublikasının İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikasının İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Azərbaycan Respublikasının İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İXM-nin 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət qismən təmin edilsin. BDYPİ-nin xx.xx.2023-cü il tarixli, TP-5542979 nömrəli və xx.xx.2023-cü il tarixli, TP-5542979 nömrəli qərarları ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-666/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-666/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver