Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-667/2023 17.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3cü maddəsi üzrə daxil olmuş inzibati xətaya dair materialın baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3cü maddəsi üzrə tərtib olunmuş inzibati xətaya dair materialda qeyd olunmuşdur ki, o, Xaçmaz rayon Armudpadar kəndinin ərazisində fəaliyyət göstərən plastik tullantı tədarükü məntəqəsindən tullantı sularının təyinatsız olaraq axıdılması faktı aşkar edilmişdir. İnzibati materialları araşdırılarkən müəyyən olunmuşdur ki, inzibati xətaya dair material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, inzibati xəta haqqında protokol və digər sənədlərin əsilləri materiala əlavə edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı inzibati xətaya dair material geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı inzibati xətaya dair protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xətaya dair material 5 saylı regional Ekologiya və Təbii sərvətlər İdarəsinə geri qaytarılsın. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-667/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-667/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver