Məhkəmə qərarları › İş №3(067)-668/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-668/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-668/2023 18.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hamil oğlunun iştirakları ilə, xx xxxx 1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Hamil oğlu haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Hamil oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 18 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Xaçmaz rayon məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2(067)-2901/2021 və 03 dekabr 2021-ci il tarixli 2(067)-2919/2021 saylı icra sənədlərinə əsasən borclu Şəxs Hamil oğlundan 08 mart 2010-cu il təvəllüdlü X2 və 30 iyun 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 110 (bir yüz on) manat məbləğində sabit aliment tutularaq iş üzrə tələbkar Zərərçəkmiş şəxs verilməldir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X5 izahatında bildirdi ki, borclu Şəxs Hamil oğlundan Xaçmaz rayon məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2(067)-2901/2021 saylı icra sənədinə əsasən X2 və 03 dekabr 2021-ci il tarixli, 2(067)-2919/2021 saylı icra sənədinə əsasən 30 iyun 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarınadək saxlanmaları üçün hər bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla cəmi 220 (iki yüz iyirmi) manat məbləğində məbləğində sabit aliment tutularaq iş üzrə tələbkar Zərərçəkmiş şəxs verilməsi təmin olunmalıdır. Birinci icra sənədi 15 dekabr 2021-ci il tarixdə ikinci icra sənədi isə 10 yanvar 2022-ci il tarixdə icraata daxil olmuşdur. Borclu aliment üzrə borcundan indiyənədək cəmi 60 manat ödəniş etmişdir. Hazırda borclunun aliment üzrə tələbkara olan borcu 3790 manat təşkil edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Hamil oğlu izahatında bildirdi ki, ondan Xaçmaz rayon məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2(067)-2901/2021 saylı icra sənədinə əsasən X2 və 03 dekabr 2021-ci il tarixli, 2(067)- 2919/2021 saylı icra sənədinə əsasən 30 iyun 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarınadək saxlanmaları üçün hər bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla cəmi 220 (iki yüz iyirmi) manat məbləğində məbləğində sabit aliment tutularaq iş üzrə tələbkar Zərərçəkmiş şəxs verilməsi təmin olunmalıdır. O, kirayədə yaşadığını, imkanın olmadığını, gündəlik fəhləliklə etməklə dolanır. Aliment üzrə borcundan gücünün nəyə çatır onu ödədiyini məsələn 50, 60 və 70 manat ən çox məbləğ isə 100 manat ödəmişdir. Bir dəfə 60 bir dəfə isə 70 manat ödəmişdir. Axırıncı dəfə aprel ayında 60 manat, ondan qabaqki ödənişini isə fevral ayında 100 manat ödədiyini, rəsmi iş yerinin olmadığını ikinci dəfə qurduğu ailə həyatından bir körpə uşağının olduğunu bildirmişdir. O, aliment üzrə olan borcunu ödəməkdən yayınmadığını, lakin imkanı daxilində ödədiyini bildirdi. Məhkəmə iclasında şahid qisimində ifadə vermiş tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, borclu Şəxs Hamil oğlundan 03 dekabr 2021-ci il tarixli, 2(067)-2901/2021 saylı icra sənədinə əsasən X2 və 03 dekabr 2021-ci il tarixli, 2(067)-2919/2021 saylı icra sənədinə əsasən 30 iyun 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarınadək saxlanmaları üçün hər bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla cəmi 220 (iki yüz iyirmi) manat məbləğində məbləğində sabit aliment tutularaq ona verilməsi təmin olunmalıdır. İş üzrə borclu dəfələrlə aliment üzrə olan borcunu ödəməkdən yayınmışdır və buna görə birinci dəfə 15 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan qabaq etdiyi ödənişlərini köhnə borcundan olan borcuna görə silmişdir həmin borcundan. 05 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən həmin tarixdən hazırki ki, günədək borclu tərəfindən demək olar ki, heç bir ödəniş olunmamışdır. Axırıncı dəfə borclu həmin aliment borcu üzrə olan borcundan bu ilin mart ayında cəmi 60 manat ödəmişdir. O, aliment üzrə yaranmış borcunu tam şəkildə ödəməsini tələb etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Hamil oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 18 may 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan 18 may 2023-cü il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsinə dair qərarın surətindən görünür ki, Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 03 dekabr 2021-ci il tarixli, 2(067)-2901/2021 və 03 dekabr 2021-ci il tarixli, 2(067)-2919/2021 saylı icra sənələri bir icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs Hamil oğlunun törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs Hamil oğlunun barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Hamil oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs Hamil oğlu məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 18 may 2023-cü il saat 12:20-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə və Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar