Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-670/2024 20.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon Yol Patrul Xidməti baş inspektoru polis mayoru Nümayəndə, X1 iştirakları ilə, 06 oktyabr 1981-ci ildə Xaçmaz rayonunun Molla- Burhan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, müəllim işləyən, evli, Xaçmaz rayonunun Molla-Burhan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan X3 Xaçmaz rayon Yol Patrul Xidməti baş inspektoru polis mayoru Nümayəndə 03 may 2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X1 Xaçmaz rayon Yol Patrul Xidməti baş inspektoru polis mayoru Nümayəndə 03 may 2024-cü il tarixli, TP ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında şikayət ərizəsində qeyd etdiklərinə uyğun ifadə versə də, sonradan Xaçmaz rayon X9 Bölməsi tərəfindən təqdim edilmiş sənədlərdə onun həqiqətən də həmin tarixdə içkili nəqliyyat vasitəsini idarə etməsi və bu haqda müvafiq qeydlərinin etməsi müəyyən edilmişdir. Bununla bağlı bildirmişdir ki, təqdim edilmiş sənədlərdə həqiqətən imza edib, yazıları özü yazmışdır, amma bunu ona görə etmişdir ki, polis əməkdaşları onu aldatmışdırlar. O elə bilmişdir ki, bu yazıları yazdıqdan sonra, sərbəst buraxılacaq və ona cərimə tətbiq edilməyəcək. Bundan başqa qeyd etmişdir ki, həmin tarixdə yox ondan bir gün öncə tərkibində spirt olmayan pivə içmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Yol Patrul Xidməti baş inspektoru polis mayoru Nümayəndə göstərdi ki, o, həmin vaxtı İnarla bir yerdə xidmətdə olmuş, Baş X9 İdarəsinin əməkdaşı onların yanında olmuşdur. Yol Patrul Xidməti Şöbəsinin Baş Dövlət Avtomobil Müfəttişi rayon ərazisində geniş miqyaslı reyd keçirmişdir. Saxlanıldığı zaman onlar sonuncuya heç bir söz demədən ona qarşı hörmətlə yanaşmışlar. Məmmədovu saxlanarkən, ünsiyyətdə olarkən İnar Xankişiyevlə spirtli içki təsiri altında olması nəfəsində kəskin qoxu iyi gəldiyi üçün müayinə etmək zərurəti yaranmış, onlar onu yoxlamış. Yoxlama zamanı da vətəndaş etiraf eləmişdir ki, axşam pivə qəbul etmişdir. O, onları başqa yollarnan, təkliflərnən işin həllini istəmiş, onlar ona dəfələrlə izah vermişlər ki, şəxs az öncə ifadə verərəkən 700 manat cərimə söhbəti demişdir, həmin söhbət orda olmamışdır. Sadəcə olaraq törətdiyi inzibati xətanın dispozisiyasında, eyni zamanda ya cərimə tətbiq olunduğunu və yaxud da ki, 06 aydan 01 ilədək sürücülük hüququndan məhrum olunması nəzərdə tutulduğunu ona izah edilmişdir. Onlar onu izah eləmişdir ona, çünki ola bilər ki, o, sürücülük hüququndan məhrum oluna bilsin. Bir də ki, o, protokollara imza edən ərəfəsində, protokoluna da, qərarınada həkim ilə eyni otaqda idilər onlar, rayonunun narkoloqu ilə eyni otaqda olmuşlar. Onlar şikayət vermiş şəxsi saxladıqları zaman səhər 10-qalmış 10-nun yarısı ərəfələri, bu ərəfələr iolmuşdur. O, həmin günü gedib Quba da müayinədən keçdiyi zaman 14:30 olmuşdur. Bundan əlavə olaraq alkotestri ilə bağlı münasibət bildirərək bildmişdir ki, alkotestrləri qalaqramallı alkotestrdir, onda, adicə nasazlıq yaranarsa onlar ona müdaxilə edə bilməzlər o, xüsusi paketlənilir, məktubla göndərilir aidiyyət üzrə Baş X9 İdarəsinin nəzarətində olan emalatxanalarda onun, sazlığı, nasazlığı yoxlanılır və üç dövlət qurumu tərəfindən də onun düzgün ölçməsi yoxlanılır və onlara təhkim olunduğunu bildirmişdir. Bunda əlavə olaraq o, qərarın tam qanuni və əsaslı olduğunu bildirərək qərarın dəyişdirilmədən qüvvəsində saxlnılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Xaçmaz rayon X9 Bölməsinin 03 may 2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 03 may 2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 03 may 2024-cü il tarixdə X5 idarə etdiyi “NİSSAN NAVARA” markalı ** VB *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən spirtli içki təsiri altında olmuşdur; Məhkəmə baxışında Xaçmaz rayon X9 Bölməsi tərəfindən təqdim edilmiş 03 may 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 həmin tarixdə yəni 03 may 2024-cü il tarixdə içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyini və barəsində tərtib olunmuş protokolla razı olduğunu bildirməklə bu barədə protokola imza edərək barəsində tərtib olunmuş protokolun doğruluğunu təsdiq etmişdir. İş materiallarında olan 03 may 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 barəsində qəbul edilmiş qərar üzrə ona təyin olunmuş cərimə ilə razı olduğunu bildirməklə bu barədə qərarı öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 03 may 2024-cü il tarixli, 06148 nömrəli alkotestr müayinə qəbzindən görünür ki, X5 nəqliyyat vasitəsini idarə edərkən 0,300 % spirtli içki təsiri altında olmuşdur. X5 həmin qəbzi imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Xaçmaz rayon X9 Bölməsinin 03 may 2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı qanuni olduğundan şikayət təmin edilməməli, adı çəkilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 Xaçmaz rayon X9 Bölməsinin 03 may 2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-670/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-670/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver