Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-670/2025 14.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsiştirakları ilə, xx.xx.1984-cü ildə Xaçmaz rayonu, Yergüc kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-1-ci və 529.2-ci maddələri ilə inzibati xəta törətməsinə dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, müəyyənetdi: Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X10 tərəfindən Azərbaycan Respublikası İXP-nin 528.1-1-ci maddəsinə əsasən 14 aprel 2025ci il tarixli, MN seriyalı ******* və Azərbaycan Respublikası İXP-nin 529.2-ci maddəsinə əsasən 14 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə təqdim olunmuşdur. Xaçmaz rayon məhkəməsinin 2(067)-224/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrəborclu Şəxs yaranmış 3050 manat aliment pulunu tələbkarın xeyrinə ödəməyərək xx.xx.2025-ci ildə Xaçmaz rayon İcra və Probasiya Şöbəsində icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Xaçmaz rayon məhkəməsinin 3(067)-1334/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs yaranmış 500 manat inzibati cəriməni ödəməmişdir. Xaçmaz Rayon Məhkəməsinin 3(067)-670/2025 saylı,xx.xx.2025-ci il tarixli qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(067)-670/2025 saylı və 3(067)- 671/2025 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(067)-670/2025 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki,qeyd olunan icra sənədi Xaçmaz rayon İcra və probasiya şöbəsinin icraatına 2024-cü ilin iyun ayında daxil olmuşdur. İcra sənədi üzrə Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ümumilikdə 250 manat məbləğində aliment tutularaq tələbkarın xeyrinə ödənilməlidir. İcra sənədi üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində sonuncu dəfə 23 oktyabr 2024-cü il tarixində İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək Xaçmaz rayon Məhkəməsinə gətirilmiş və Xaçmaz rayon Məhkəməsinin qərarı ilə borclunun barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq olunmuşdur. Sonradan borclu qeyd olunan ünvanda yaşamadığı üçün onun barəsində 13 yanvar 2025-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu gün icra şöbəsinə təhvil verilmiş və barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Xaçmaz rayon Məhkəməsinə gətirilmişdir. Digər icra sənədi üzrə isə borclu Şəxs 500 manat məbləğində inzibati qaydada cərimə olunmasına baxmayaraq bu günə kimi qeyd olunan cərimədən ödəniş etmədiyi üçün barəsində İXM-nin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Xaçmaz rayon Məhkəməsinə gətirilmişdir. Borclu sonuncu dəfə tələbkarın xeyrinə aliment borcundan 2024-cü ilin oktyabr ayında ödəniş etmişdir. Belə ki, boclu tələbkara məhkəmə prosesi vaxtı 400 manat məbləğində ödəniş etmiş, 10 noyabr 2024-cü il tarixdə isə tələbkarın kartına 200 manat da ödəniş etmişdir. Hal hazırda borclunun ödənilməmiş 3050 manat aliment borcu vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 529.2-cu və 528.1-1-ci maddələri ilə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, barəsində olan inzibati cəriməni iş yeri olmadığına görə ödəyə bilməmişdir. Əgər işi olsa idialiment ödənişindən də edərdi, aliment borcu bu qədər məbləğdə yığılıb qalmazdı. O, yeni işə çıxmış, 450 manat maaş alır. O, kirayədə qalır, maaşı isə özünə çatmır və maaşı rəsmi deyil. Öz evi Xaçmaz rayonunda yerləşir. Lakin Bakı şəhərində kafel sexində işləmiş, işlədiyi vaxt isə alimenti ödəmişdir. 09 noyabr 2024cü ildə isə işdən çıxmışdır. Qızının 16, oğlunun isə 13 yaşı vardır.İmkanı olduqca gücü çatan məbləği ödəyir. O, bundan əvvəlki məhkəmə iclasında 400 manat məbləğində pulu tələbkara ödəmiş, daha sonra tələbkarın kartına 200 manat pul ödəniş etmiş və bu barədə qəbz vardır. Barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, borclunun aliment borcu yığılıb qalmışdır. O, epilepsiya xəstəsidir, heç yerdə işləyə bilmir buna görə də uşaqlarını dolandıra bilmir. Harada işləməsinə baxmayaraq, onu işdən çıxartmışlar. Borclu sonuncu dəfə məhkəmə prosesi zamanı 400 manat ödəniş etmişdir. Həmin vaxtda sonra isə ödəniş etməmişdir. Borcluya alimenti ödəməsi üçün zəng etmiş, lakin borclu telefon zənglərinə cavab verməmişdir. Borclu tərəfindən onun kartına 200 manat ödəniş edilməmişdir. O, kartının bağlı olduğunu və qalıq aliment borcunu ödəməsini tələb etmişdir. Bundan başqa boclu uşaqları ilə də maraqlanmamışdır. Uşaq atasına zəng etmiş, lakin borclu uşağın zənglərinə cavab verməmiş və borclu ilə əlaqələri kəsilmişdir. O, borclunun işlədiyi yerdən də maraqlanmış, işləyir, yaxşı qazanc əldə edir. Qazancını uşaqlarına deyil, başqa qadınlar üçün xərcləyir. Borclu aliment borcunu ödəmirsə, borclunun həbs olunmasını xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci və 529.2ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi tərtib olunmuş inzibati xəta haqqında 14 aprel 2025-ci il tarixli, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollardan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X10 tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Xaçmaz rayon məhkəməsinin 3(067)-1334/2024-cü il tarixli icra sənədinə əsasən 500 manat məbləğində inzibati cərimədən heç bir ödəniş etmədiyinə görə, İXM-nin 529.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. - Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(067)-1334/2024 saylı və icra vərəqəsindən müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona 500 manat cərimə inzibati tənbeh təyin edilmişdir - xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərardan müəyyən olunur ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X10 tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş tərtib olunaraq borcluya göndərilmişdir. - Borclunun Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2025-ci il tarixli izahatından müəyyən edilir ki, qeyd olunan icra sənədi üzrə cərimədən heç bir ödəniş etməmişdir. Qeyd olunan 500 manat cərimədən heç bir ödəniş edə bilmir. Həmçinin fərdi əməklə məşğuldur və aylıq qazancı 400 manat təşkil edir. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-224/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs yaranmış 3050 manat aliment pulunu tələbkarın xeyrinə ödəməyərək xx.xx.2025-ci ildə Xaçmaz rayon İcra və Probasiya Şöbəsində icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə, İXM-nin 528.1-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. - xx.xx.2024-cü il tarixli, 2(067)-224/2024 saylı icra vərəqəsindən müəyyən edilir ki, nikah pozulduqdan sonra xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X6 anası X1 yanında (himayəsində) qalması, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 125 manat, cəmi 250 manat sabit məbləğdə aliment alınaraq X2 verilməlidir. - xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərardan müəyyən olunur ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X10 tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş tərtib olunaraq borcluya göndərilmişdir. - Borclunun xx.xx.2025-ci il tarixli izahatından və ona təqdim olunmuş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, qeyd olunan 3050 manat borcdan heç bir ödəniş edə bilmir və fərdi əməklə məşğul olaraq aylıq qazancı 400 manat təşkil edir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclunun yaranmış borcunu ödəməsi üçün lazımi tədbirlər görülmüş, lakin qeyd olunan icra sənədi üzrə cərimədən heç bir ödəniş etməmişdir. - Borclu barəsində Xaçmaz RPŞ-nin tərəfindən 780014 nömrəli axtarış işi üzrə xx.xx.2025-ci il tarixdən axtarış elan olunmuş, Şəxs xx.xx.2025-ci il tarixdə keçirilmiş tədbirlər nəticəsində saxlanılaraq barəsində tədbir görülməsi üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. - Borclu barəsində məlumatları elektron sorğulamasısənədlərindən onun adında hər hansı əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati məsuliyyətə səbəb olan əməldir. 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair”02 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinin davamı olaraq Məcəllənin 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin, bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddində tənbeh tətbiq etməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İXM-in 33.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair” 8 iyun 2022-ci il tarixli Qərarına əsasən İnzibati xətalar qanunvericiliyində müəyyən edilmiş bu qayda inzibati məsuliyyətə cəlbetmənin tərbiyəedici, xəbərdaredici məqsədlərinə nail olmağa yönəlmişdir. Belə ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin bu müddət ərzində təkrarən eyni pozuntunu törətməsi halı inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir və bu, hüquq pozuntusuna təkrarən yol vermiş şəxs üçün hüquqi xarakterli mənfi nəticələrə, yəni inzibati məsuliyyətin ağırlaşdırılmasına və daha ciddi inzibati tənbehin tətbiq olunmasına səbəb olur. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Odur ki, Şəxs İXM-nin 528.1-1-ci və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 34.3, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: xx xxxxxxxx 1984-cü ildə Xaçmaz rayonu, Yergüc kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1 və 529.2-ci maddələri ilə təqsirli bilinsin və barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 14 aprel 2025-ci il tarixdən, saat 15:00-dan hesablansın. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-670/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-670/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver