Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-671/2020 06.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi X1 iştirakı ilə Ərizəçi X1 xx.xx.2020-ci il tarxli İXP-3362219 nömrəli protokoldan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi X2 məhkəməyə müraciət edərək bildirmişdir ki, baş polis serjantı Samir Əliyev tərəfindən xx.xx.2020-ci il tarxli İXP-3362219 nömrəli protokolu ilə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. İnzibati qərarın ləğv edilməsi barədə qərar verilməsini xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, şikayət ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının vəsatəti təmin olunmalı və iddia ərizəsi qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. qərara aldı: Vəsatət təmin olunsun. Ərizəçi X1 xx.xx.2020-ci il tarxli İXP-3362219 nömrəli protokoldan verdiyi şikayət ərizəsi qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-671/2020
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-671/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver