Məhkəmə qərarları › İş №3(067)-671/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-671/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-671/2025 14.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 3(067)-671/2025 saylı inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək, müəyyənetdim: İcraatıma Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 3(067)- 671/2025 saylı inzibati xəta haqqında iş daxil olmuşdur. Eyni zamanda Xaçmaz rayon məhkəməsinin hakimi Aynur Əliyevanın icraatına Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan müəyyən olunur ki, hər iki inzibati xətalar Şəxs tərəfindən törədilib və belə olan halda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qeyd olunan işlər bir icraatda birləşdirilərək, eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Ona görə də hesab edirəm ki, icraatımda olan 3(067)-671/2025 saylı inzibati xəta haqqında iş Xaçmaz rayon məhkəməsinin hakimi Aynur Əliyevanın icraatında olan 3(067)- 670/2025 saylı inzibati xəta haqqında işə birləşdirilərək bir icraatda eyni vaxtda baxılmalıdır. Odur ki, 3(067)-671/2025 saylı inzibati xəta haqqında iş 3(067)-670/2025 saylı inzibati xəta haqqında işlə birləşdirildiyindən icraatımda olan 3(067)-671/2025 saylı inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: İcraatımda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 3(067)-671/2025 saylı inzibati xəta haqqında iş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məhkəmənin hakimi Aynur Əliyevanın icraatına daxil olmuş 3(067)-670/2025 saylı işlə birləşdirilsin və iş birləşdirildiyindən 3(067)-671/2025 saylı işin icraatına xitam verilsin. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar