Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-672/2024 22.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X2 iclas katibliyi, Protokolu tərtib etmiş İnzibati orqan Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xaçmaz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, təxminə 20:05 radələrində Xaçmaz şəhəri, Z.Əliyeva küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Xaçmaz Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı Nümayəndə tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşı məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs mütəmadi olaraq Xaçmaz şəhəri, İzmayılovka deyilən ərazidə yüksək sürətlə nəqliyyat vasitəsini idarə etmişdir. Bu səbəbdən həmin ərazidə xidmətdə olan Xaçmaz RPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən o saxlanıldığı zaman polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmiş və bununla da o, Xaçmaz RPŞ-yə aparılmışdır. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, 21 may 2024-cü il tarixdə, saat 20:30 radələrində idarə etdiyi avtomobillə hərəkətdə olduğu vaxt post patrul xidməti polisinin saxlama işarəsinə məhəl qoymayaraq hərəkətini davam etmiş və ardınca hərəkətdə olan polis əməkdaşlarından qorxduğu üçün uzaqlaşmaq istəyərkən Xaçmaz şəhəri, Dağıstan küçəsində küçənin avtomobil yolunun bitdiyi hissəsinə daxil olduğundan məcbur qalaraq avtomobili saxlamışdır. Ardınca hərəkətdə olan polis əməkdaşları ona yaxınlaşaraq ağız nahiyəsinə sillə ilə vurduqdansonra onu küçənin kənarında olan kolluğa atmışlar. Polis əməkdaşları tərəfindən onun ağız nahiyəsinə sillə ilə vurulması nəticəsində dişi qırılmışdır, həmçinin ayaq nahiyəsinə vurulanzərbə nəticəsində hazırda yeriməkdə çətinlik çəkir. O, polis əməkdaşlarına qarşı nalayiq ifadə işlətməmiş, hər hansı-müqavimət göstərməmiş, yalnız özünü müdafiə etməyə çalışmışdır. Polisin saxla əmrinə tabe olmadığına görə əməlidən peşmandır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, məhkəmə iclasında alınmış barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi izahatı və Şəxs tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsinə dair qeyd təkzib edilmişdir. Çünki məhkəmə iclasında toplanmış sübutlarla Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasına dair müddəalar öz təsdiqini tapmamış və sonuncunun həmin əməli törətməsinə dair məhkəməyə heç bir tutarlı dəlil təqdim olunmamışdır. İş materiallarında olan raportdan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə polis nəfərləri Sahil Zahidov və Məhəmməd Əkbərov birlikdə xidmətdə olduqları zaman Xaçmaz şəhəri, Zərifə Əliyeva küçəsində Kənan Quliyevin “VAZ 2106” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yüksək sürətlə hərəkətdə olduqları zaman onları görərək istiqamətini dəyişmiş, Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfərləri onun avtomobilinə saxlama işarəsi versələr də o, öz hərəkətlərini davam etmiş və polis nəfərləri öz xidməti avtomobili ilə onu müşayiət etmişlər, avtomobil nasazlığından dayanmışdır. Polis əməkdaşları ona yaxınlaşdıqlarında həmin sürücünü nizam-intizama dəvət etsələr də o, həmin hərəkətlərini davam etmişdir. İş materiallarında olan 21 may 2024-cü il tarixli İnzibati qaydada tutma haqqında 152 №li protokoldan müəyyən edilir ki, Şəxs 21:26 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan izahatlardan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfərləri X1 və X3 izahatları alınmışdır. Qeyd olunanlardan göründüyü kimi, məhkəmədə Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin, yəni onun polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı hərəkətlərə yol verməsi sübut edilə bilməmişdir. Həmçinin, tələbin qanuniliyi barədə də məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə, tərtib olunmuş inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, eyni zamanda o, məhkəmə iclas zalından azad edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Protokolu tərtib etmiş İnzibati orqan Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı Nümayəndə tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs inzibati qaydada tutulmadan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-672/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-672/2024
22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver