Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-674/2023 22.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, X2 tərəfindən inzibati xətaya dair qərardan verilmiş şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X2 tərəfindən inzibati xətaya dair qərardan verilmiş şikayət ərizəsi məhkəməyə daxil olmuşdur. İnzibati xətaya dair qərardan verilmiş şikayətin məhkəmə tərəfindən baxılmağa hazırlanması zamanı hazırkı iş üzrə mübahisələndirilən qərarın ərizəyə əlavə edilmədiyi müəyyən olunmuşdur. Belə ki, şikayətdə xx.xx.2023-ci il tarixli qərar mübahisələndirilsə də, həmin qərar şikayətə əlavə olunmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, inzibati xətaya dair qərardan verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbehvermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, şikayətçi mübahisələndirdiyi qərarın şikayətinə əlavə edərək təkrarən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayəti geri qaytarılsın. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-674/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-674/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver