Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-675/2021 30.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, xx.xx.1976-cı ildə Xaçmaz rayonunun Arzu kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, məhkum olunmamış, Xaçmaz rayonunun Arzu kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 333.1-ci və 342.6-cı maddələri ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 03.07.2021-ci il tarixdə nəqliyyat vasitəsini alkoqoldan istifadə edərək, sərxoş vəziyyətdə idarə etmiş, həmçinin avtomobili idarə edərkən telefonu əlində saxlamaqla ondan istifadə etmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-in 333.1-ci və 342.6cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 03.07.2021-ci il tarixdə istifadəsində olan **-DD-*** dövlət nömrə nişanlı, “Ford Transit” maralı avtomobili 03.07.2021-ci il tarixdə sərxoş vəziyyətdə idarə etdiyini, həmçinin avtomobili idarə edərkən telefonu əlində saxlamaqla ondan istifadə etdiyini göstərərək, əməlindən peşman olduğunu bildirmiş və barəsində təqsirli bilindiyi maddələrin sanksiyaları həddində yüngül inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 333.1-ci və 342.6-cı maddələrində nəzərdə tutulan inzibati xətaya yol verməsi tərtib edilmiş 03.07.2021-ci il tarixli İXP seriyalı ******* saylı protokolla tam sübuta yetirilir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan müəyyən olunur ki, Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs barəsində AR İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə işin hallarını araşdıraraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs AR İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə və Azərbaycan Respublikası İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-675/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-675/2021
30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver