Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-676/2021 25.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlu Xaçmaz rayon məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 3(067)-676/2021 saylı qərarından X3 tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrinin tələblərinə uyğunluğu məsələsinə baxaraq, müəyyən e t d i: Xaçmaz rayon məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 3(067)-676/2021 saylı qərarı ilə (hakim İ.Xəlilov) X1 şikayəti təmin edilməyərək Xaçmaz rayon X5 Polisi Xidmətinin TP ******* saylı 11 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. X3 məhkəmənin qeyd olunan qərarından şikayət verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 3(105)-566/2021 saylı qərardadına əsasən Xaçmaz rayon məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 3(067)-676/2021 saylı qərarından X3 tərəfindən verilmiş şikayətin iş materialı ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan qəbzdən (iş.vərəqə 23) müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 3(067)-676/2021 saylı qərarının surətini X3 09 avqust 2021-ci il tarixdə şəxsən imzalamaqla almışdır. İş materiallarından müəyyən edilir ki, X1 məhkəmənin həmin qərarından yazılı şikayəti 01 sentyabr 2021-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə daxil olmuşdur. Bununla da X3 tərəfindən şikayət vermə müddəti buraxılmışdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Xaçmaz rayon məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 3(067)-676/2021 saylı qərarından X3 tərəfindən şikayət vermə müddəti buraxıldığından şikayət həmin şəxsə geri qaytarılmalı və ona mübahisələndirilən qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi məqsədilə aidiyyəti üzrə Xaçmaz rayon məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2 və 130.3-cü maddələrinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Xaçmaz rayon məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 3(067)-676/2021 saylı qərarından (hakim İ.Xəlilov) şikayət vermə müddəti buraxıldığından X3 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Xaçmaz rayon məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 3(067)-676/2021 saylı qərarından (hakim İ.Xəlilov) verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X2 Xaçmaz rayon məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 3(067)-676/2021 saylı qərarından (hakim İ.Xəlilov) şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məqsədilə aidiyyəti üzrə Xaçmaz rayon məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-676/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-676/2021
25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver