Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-676/2025 17.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ X14 Məhəmməd qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Xaçmaz rayonu, Pirqulu-oba anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu, Pirquluoba kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-1330/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 1 uşağ üçün 160 manat aliment tutularaq tələbkarın xeyrinə ödənilməlidir. Borclu 2240 manat aliment borcunu ödəməyərək İcra şöbəsində icra məmurunun qanuni tələbini icra etməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin qərarına əsasən Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 160 manat pul məbləğində aliment tutularaq tələbkar X2 ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Borclunun hal-hazırda 2240 manat aliment borcu yaranmışdır. Borclu borcundan ödəniş etmir. Borclunun barəsində axtarış elan edilmiş və axtarışla polis əməkdaşları tərəfindən İcra şöbəsinə aparılmışdır. Həmçinin borclu sonuncu dəfə 29 dekabr 2024-cü il tarixdə ödəniş etmişdir. Borclu tərəfindən ümumilikdə 3680 manat aliment ödənilmişdir. Borclunun adında əvvəllər avtomobil olmuş, hazırda adından çıxarılmış və adında avtomobil yoxdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, yaxın zamanda avtoyuma məntəqəsində işə düzəlmiş və gün ərzində 15-20 manat qazanc əldə edir. Atası uzun müddət xəstə olmuş, oktyabr ayında vəfat etmişdir. Ailə qurduğu qadının isə başqa iki uşağı vardır. Həmin uşaqlar da onlarla birlikdə yaşayırlar. Buna görə də maddi çətinlikləri vardır. O, dekabr ayında 300 manat ödəniş etdiyini və birgə nikahda olduqları zaman tikdiyi evi tələbkara verərək evdən çıxmışdır. Hazırda bir otaqlı ev tikmiş və həmin evdə yaşayır. O, yay aylarında borcunu tam ödəyəcəyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 17 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, tərəflərin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Xaçmaz rayon məhkəməsinin 2(027)-1330/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 160 manat sabit məbləğdə aliment tutularaq iddiaçı X3 ödənilməlidir. - xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən 2(027)-1330/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmişdir. - 22.072022-ci il tarixli, xx.xx.2023-cü il tarixli və 17.10.023-cü il tarixlərdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Xəyal Məmmədov tərəfindən borclu Şəxs xəbərdarlıq məktubları təqdim olunmuşdur. - xx.xx.2025-ci il tarixdə borclu Şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatından görünür ki, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişdən məlumatlıdır. İcra sənədi üzrə 2080 manat aliment borcundan sonuncu ödənişi 2024-cü ilin dekabr ayında etmişdir. 7-10 gün ərzində borcdan 500 manat ödəniş edə biləcəyini bildirmişdir. - Xaçmaz RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubun surətindən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdən barəsində axtarış elan olunmuş Şəxs xx.xx.2025-ci il tarixdə keçirilmiş tədbirlər nəticəsində saxlanılaraq barəsində tədbir görülməsi üçün Xaçmaz rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. - Ödəniş kartı üzrə çıxarışdan müəyyən edilir ki, tələbkarın kart hesabında xx.xx.2024-cü il tarixdə 300 manat məbləğində balans olmuşdur. - Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən adında adında “QZA 33021” yük markalı, 27BR044 dövlət nömrə nişanlı avtomobil müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32 və 33-cü maddələrinə əsasən X8 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halların olmamasını, borcundan müəyyən ödənişlər etməsini, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxxx 1987-ci ildə Xaçmaz rayonu, Pirqulu-oba kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-676/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-676/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver