Məhkəmə qərarları › İş №3(067)-677/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-677/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-677/2024 27.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materialı nəzərdən keçirərək MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına Şəxs barəsində İXM-in 333.1-ci maddəsi ilə X1 tərəfindən tərtib edilmiş 06 may 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, Xaçmaz rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 333.1-ci maddəsi ilə tərtib edilmiş 06 may 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında materiallar natamamdır və işə baxılarkən bunu tamamlamaq mümkün deyil. Belə ki, iş materiallarından görünür ki, Xaçmaz rayon Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış inzibati xəta haqqında materiallara barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatının alınması ilə bağlı hər hansı bir sənədi iş materiallarına əlavə edilməmişdir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, Şəxs barəsində İXM-in 333.1-ci maddəsi ilə tərtib edilmiş 06 may 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Xaçmaz rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş 06 may 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Xaçmaz rayon Polis Şöbəsinə geri qaytarılsın. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar