Məhkəmə qərarları › İş №3(067)-678/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-678/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-678/2024 27.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı, Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, protokol geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında işin aidiyyət üzrə göndərilməsi barədə GP 22928025 saylı qərardaddan müəyyən edilir ki, Azərbaycan Respublikası İXMnin 329.1 və 333.1-ci maddələri ilə Şəxs barəsində tərtib olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyət üzrə Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Xaçmaz rayonu Yol patrul xidməti inspektoru X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.1-ci və 333.1-ci maddələri ilə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan alcovısor test qəbzindən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə sürücü Şəxs müayinəsi zamanı onun 0.685 miqdarında alkoqol müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında iş materiallarına nəzər yetirilərkən müəyyən olunmuşdur ki, iş materiallarına barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı əlavə edilməmiş və həmçinin Xaçmaz RPŞ-dən 03 may 2024-cü il tarixdə inzibati xəta haqqında İXP ******* saylı protokol, lakin inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə GP 22928025 saylı qərardad isə 02 may 2024-cü il tarixdə tərtib edilməklə qanuna uyğunsuzluq yaranmışdır. Məhkəmə hesab edir ki, protokol düzgün tərtib olunmadığından və təqdim edilmiş materiallar natamam olduğundan inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinə əsasən tərtib edilmiş 03 may 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surəti və ona əlavə edilmiş sənədlər Xaçmaz rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar