Məhkəmə qərarları › İş №3(067)-678/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-678/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-678/2025 17.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon X2 Təhlükəsizlik Bölməsinin, polis sahə rəisi, polis kapitanı Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 04 avqust 1988-ci ildə Qusar rayonu, Düztahir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs 17 aprel 2025-ci il tarixdə idarə etdiyi nəqliyyat vasitəsi ilə Xaçmaz şəhəri, Bakı prospektində hərəkətdə olarkən yol hərəkəti qaydalarının tələblərini pozulması ilə müşayiət edilən hərəkətə yol verdiyinə görə həmin ərazidə xidməti vəzifəsini icra edən Xaçmaz rayon X4 X5 əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X2 Təhlükəsizlik Bölməsinin, polis sahə rəisi, polis kapitanı Nümayəndə göstərdi ki, mövcud hava şəraiti ilə bağlı Xaçmaz rayonuna yağan aramsız yağışlar nəticəsində Xaçmaz şəhəri, Bakı prospektində olan yolun bir hissəsi təmamilə bağlandığı üçün yolun açılması ilə bağlı əraziyə Xaçmaz rayon İcra Hakimiyyətinin işçiləri cəlb edilmişdir. Lakin buna baxmayaraq həmin yolun digər hissəsi ilə hərəkət etmək mümkündür. Vətəndaş Şəxs idarə etdiyi nəqliyyat vasitəsi həmin yolda olan qoşa xətti taptalamaqla yolun digər hərəkət hissəsinə keçərək hərəkətini davam etdirdiyi zaman həmin ərazi üzrə xidməti vəzifəsini icra edən Xaçmaz rayon X7 Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılmış və bu zaman vətəndaşdan özünü təqdim etməsini tələb olunmuş, lakin buna baxmayaraq vətəndaş özünü təqdim etməkdən imtina edərək idarə etdiyi nəqliyyat vasitəsinə əyləşərək nəqliyyat vasitəsini yüksək sürətlə idarə etdirərək oradan uzaqlaşamağa çalışdığı zaman həmin yolda olan işıqforun qırmızı işığını keçmişdir. Yol patrul xidmətinin əməkdaşı idarə etdiyi xidməti nəqliyyat vasitəsi ilə onun arxasınca gələrək yenidən onu saxlayaraq özünü təqdim etməsini bildirsə də vətəndaş əsəbi halda polislə danışmış, polis əməkdaşı onu nizam intizama dəvət etsə də vətəndaş qəsdən polisin qanuni tələblərinə məhəl qoymadığına görə əraziyə dəvət edilmiş Xaçmaz rayon X6 Patrul Xidmətinin əməkdaşları vasitəsi ilə rayon polis şöbəsinə gətirilərək barəsində müvafiq sənədləşmə işləri aparılaraq barəsində tədbir görülməsi üçün Xaçmaz rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, hər şey özündən az öncə danışdığı polis əməkdaşının dediyi kimi olmuşdur. Ancaq o, polis əməkdaşı ilə mübahisə etməmişdir. O, həmin yolla hərəkətdə olduğu zaman bilmədən yolda olan qoşa xətti tapdaladığı üçün həmin ərazidə xidmətdə olana yol polisi tərəfindən saxlanılaraq, 100 manat və 3 bal cərimə ediləcəyini bildirərək özünü təqdim etməsini tələb edildikdə o, özünü təqdim etməkdən imtina edərək, nəqliyyat vasitəsinin özünə məxsus olmasını, polis əməkdaşına əlində olan texniki vasitəyə nəqliyyat vasitəsinin qeydiyyat nömrəsini həmin vasitəyə yazmasını, yazıldığı zaman öz ad, soyad və ata adının çıxacağını nəqliyyat vasitəsini də yenicə texniki baxışdan çıxardığını bildirmişdir. Lakin buna baxmayaraq aralarında heç bir dava dalaş olmayıb sadəcə biraz sözlər mübahisələri olmuşdur. Bundan sonra o, oradan idarə etdiyi nəqliyyat vasitəsinə minərək oradan uzaqlaşmaq istəyərkən həmin yolda olan işıqfora fikir vermədiyi üçün həmin işıqforun qırmızı işığında keçmiş və həmin vaxt az öncə onu saxladığı polis əməkdaşı öz xidməti nəqliyyat vasitəsi ilə onun arxasınca gələrək əraziyə dəvət edilmiş digər polis əməkdaşları vasitəsi ilə rayon polis şöbəsinə aparılmışdır. Hərəkətindən peşmandır, barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs 17 aprel 2025-ci il tarixdə inzibati qaydada tutulduğundan, ona qarşı inzibati cərimə tənbeh növü tətbiq edilərkən AR İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar