Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-680/2025 08.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi və məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə, hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 11 aprel 2025-ci il tarixli, EP № ******* saylı, 01400-03078/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir ondan ötrü ki, Şəxs (VÖEN: **********) 2024-cü ilin iyul ayı ərzində 3 gömrük bəyannaməsi üzrə 6969.14 manat dəyərində “meyvə” məhsullarını Xaçmaz Gömrük idarəsində rəsmiləşdirməklə Rusiya Federasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq “Agroel" MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana 15 yanvar 2025-ci il tarixli, 3-33-1700/2-000315/2025 nömrəli bildiriş göndərilsə də, hazırkı dövrə qədər qeyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilmişdir Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, tərtib olunmuş 11 aprel 2025-ci il tarixli, EP № ******* saylı, 01400-03078/25 nömrəli inzibati xəta haqqında protokoldan və əlavə olunmuş sənədlərdən görünür ki, hüquqi şəxs Şəxs 2024-cü ilin iyul ayı ərzində Xaçmaz Gömrük idarəsində “ixrac” gömrük prosedurunda rəsmiləşdirməklə 3 gömrük bəyannaməsi üzrə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 6969.14 manat məbləğində yəsaitin müvəkkil bank hesabına köçürülməməsi ilə bağlı Xaçmaz Gömrük idarəsində araşdırma aparılmışdır. Faktla bağlı aparılmış araşdırma ilə əlaqədar Şəxs MMC-nin hal-hazırda fəaliyyət göstərib-göstərməməsi və rəhbəri barədə məlumat əldə etmək məqsədilə Gömrük Xidmətinin Vahid X1 əldə olunmuş məlumata əsasən, Şəxs MMC-nin xx.xx.2021ci il tarixdə ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində qeydiyyata alındığı, hüquqi ünvanının Balakən rayonu, Talalar ünvanı olduğu, MMC-nin fəaliyyətinin aktiv olduğu və rəhbərinin X3 olduğu məlum olmuşdur. Belə ki, "Aqroel” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanına xx.xx.2025-ci il tarixli 3-33-1700/2-000315/2025 nömrəli nömrəli “ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablara köçürülməməsi barədə” bildiriş göndərilmişdir. İş üzrə xx.xx.2025-ci il tarixli “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Şəxs (VÖEN: **********) tərəfindən ixrac gömrük prosedurunda rəsmiləşdirməklə xx.xx.2024-cü il tarixli, **********7265 saylı, xx.xx.2024-cü il tarixli, **********4862 saylı, xx.xx.2024-cü il tarixli, **********6250 saylı, ümumilikdə 3 gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 6969.14 manat məbləğində vəsaitin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Barəsində inzibati xəta haqqında is üzrə icraat aparılan Şəxs etibarnamə əsasında nümayəndəsi X2-sual zamanı bildirmişdir ki, "Agroel” MMC-də idxal-ixrac əməliyyatları üzrə menecer vəzifəsində işləyir, Şəxs MMC xx.xx.2021-ci il tarixdə təsis olunmuşdur. Şirkətin əsas fəaliyyəti kənd təsərrüfatı məhsullarının istehsalı və xarici ölkələrə ixracından ibarətdir. 2024-cü ilin iyul ayında Şəxs MMC “QRAND-TREYD” şirkəti ilə bağlanılmış müqaviləyə əsasən 3 gömrük bəyannaməsi üzrə ümumi dəyəri 90761.29 AB$ dolları dəyərində nektarin və şaftalı məhsulları ixrac etmişdir. Həmin bəyannamələr üzrə MMC-nin müvəkkil edilmiş bank hesabına 86661.80 AB$ dolları məbləğində vəsait daxil olub. 3 gömrük bəyannaməsi üzrə 4099.49 ABŞ dolları (6969,14 manat) isə şirkətin hesabına daxil olmayıb. Buna səbəb isə bağlanmış müqaviləyə əsasən ixrac zamanı meyvə məhsullarının bir qismində daşınma zamanı xarab olma nəticəsində çəkinin itirməsi və məhsulların təyinat verinə gec çatdırılmasına görə idxalatçı şirkət tərəfindən gecikən hər günə görə bizə 1 (bir) faiz məbləğində cərimələr təyin olunmasıdır. Həmin cərimələrdə ümumi invoys dəyərindən çıxılır və qalan hissəsi müvəkkil bank hesabına köçürülür. Məhz bu səbəbdən Şəxs MMC tərəfindən ixrac etdiyi malların müqabilində qaytarılmalı olan pul vəsaitləri MMC-nin müvəkkil edilmiş bank hesabına tam köçürülmür. Həmçinin Şəxs MMC ilə idxalatçı şirkətlə arasında bağlanmış müqavilələrdə 5 faizlik bonus müddəası- nəzərdə tutulmuşdur. Bu müddəaya əsasən, hər bir bəyannamə üzrə “Aqroel" MMC tərəfindən malın dəyərinin 5 faizi miqdarında vəsaiti qarşılıqsız olaraq idxalatçı şirkətə verilir. Məhz həmin 5 faizlik hissə ixracatçı şirkət tərəfindən mallarım bazarda tanııdılması və satılması müqabilində idxalatçı şirkətə verilir. Aqroel” MMC- nin nümayəndəsi X4 tərəfindən ödənilməmiş 3 gömrük bəyannaməsi üzrə 4099.49 ABŞ dolları (6969.14 manat) vəsaitlə bağlı “Kredit-nota”-ları və digər sənədlər təqdim edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs MMC 2024-cü ilin iyul ayında **********7265, **********4862 və **********6250 saylı gömrük bəyannamələri üzrə 4099.49 ABŞ dolları (6969.14 manat) məbləğində vəsaiti bəyan olunduğu gündən bu günə qədər Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməsini təmin edə bilməmişdir. Bununla da Şəxs MMC əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta pozuntusunun tərkibi vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Beləliklə məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, Şəxs (VÖEN: **********) 2024-cü ilin iyul ayı ərzində 3 gömrük bəyannaməsi üzrə 6969.14 manat dəyərində “meyvə” məhsullarını Xaçmaz Gömrük idarəsində rəsmiləşdirməklə Rusiya Federasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq “Agroel" MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana 15 yanvar 2025-ci il tarixli, 3-33-1700/2-000315/2025 nömrəli bildiriş göndərilsə də, hazırkı dövrə qədər qeyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə araşdırmasında Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyuta - 4099.49 ABŞ dolları dəyərinin 30%-i, yəni 1229.84 ABŞ dolları məbləğində (2090.73 Azərbaycan manatı) cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(067)-680/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-680/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver