Məhkəmə qərarları › İş №3(067)-681/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-681/2023

28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-681/2023 28.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, X4, xx.xx.1965-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, İ.Qayıbov küçəsi 43 saylı evdə yaşayan X1 YPX inspektoru polis baş serjantı X5 14 mart 2023-cü il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : YPX inspektoru polis baş serjantı X5 14 mart 2023-cü il tarixli TP ******* saylı qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirili bilinərək 40 manat məbləğində inzibati cərimə olunmuşdur X4 məhkəməyə müraciət edərək haqqında çıxarılan 14 mart 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, YPX inspektoru polis baş serjantı X5 14 mart 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Həmin qərarın mövcud olması ona xx.xx.2023-cü il tarixdə onun mobil telefon nömrəsinə asan pay xidmət vasitəsilə mesajın gəlməsindən sonra məlum olmuşdur. Həmin mesajı aldıqdan sonra o, səhərisi gün DİN BDYPİ-nə gedərək maraqlanmış və ona 1 Tağım YPX inspektoru polis baş serjantı X5 14 mart 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətini vermişlər. O, KHAZAR markalı 77PU223 dövlət qeydiyyat nişanlı minik avtomobili etibarnamə əsasında idarə edir. 09 dekabr 2022-ei il tarixdə o,n Bakı-Quba yolunun 121-ci km-də hərəkət edərkən Şabran şəhərinin ərazisindəki körpünün üstündə hərəkət edərkən uzaq məsafədən görmüşdür ki, yolda bir neçə baş mal-qara vardır. O, həmin mal-qaranı vurmamaq məqsədi ilə idarə etdiyi avtomobilin surətini azaltmağa başlamış və mal-qara bir neçə metrə məsafə qalmış avtomobili tam dayandırmışdır ki, mal-qara hərəkət etdiyi yolun zolaqından çıxsınlar. Təxminən 3-5 dəqiqə o, avtomobilin qəza işıqlarını yandırıb maşının çərisində oturub gözləmişdir ki, yol boşalsın. Bu anda onun idarə etdiyi avtomobil arxa hissəsindən zərbəyə məruz qalmışdır. Maşından yerə düşəndə görmüşdür ki, onunm maşınını vurmuş avtomobil Hundai Elantra markalı avtomobildir. Həmin avtomobilin də sürücüsü toqquşmadan sonra maşından yerə düşmüş və ona demişdir ki, idarə etdiyi avtomobili saxlaya bilməyib qəza törətmişdir. Onun avtomobilinə dəymiş zərərin sığorta şirkətindən almaq məqsədi ilə DİN 102 xidmətinə telefonla məlumat vermişdir. Təxminən yarım saatdan sonra hadisə yerinə 758 nömrəli xidməti maşını ilə əvvəllər tanımadığı və sonradan adını öyrəndiyi 1 Tağım YPX inspektoru polis baş serjantı X11 oglu gəlmiş, o, toqquşan avtomobillərin fotoşəkillərini çəkmiş və hər iki sürücüyə bildirmişdir ki, səhərisi gün DİN BDYPİ-nin Saray qəsəbəsindəki stasionar posta gəlsinlər. O, hadisənin səhərisi günü Saray postuna gedərək Elvin İlyasovla görüşmüş və hadisə barədə izahat yazmışdır. İzahatında qeyd etmişdir ki, Hyundai Elantra markalı avtomobil onun idarə etdiyi avtomobili dayamış vəziyyətdə arxadan gəlib vurmuşdur. Ondan izahat alandan sonra Elvin İlyasov bildirdi ki, texniki ekspertiza təyin olunacaq və ekspertizanın rəyindən asılı olaraq qərar veriləcəkdir. Onun avtomobili 3 ay Zarat postunda cərimə meydançasında saxlandıqdan sonra o, Elvin İlyasova müraciət edərək maşının buraxılmasını xahiş etmişdir. O vaxtı ekspertizanın rəyi gəlməmişdi. Bundan təxminən 1 ay sonra o, Saray postundan hadisə ilə bağlı ekspertizanın rəyinin surətini almışdır. Həmin rəylə tanış olarkən ona məlum olmuşdur ki, ekspertizanın təyin edilməsi barədə qərarda hadisənin başvermə şəraiti düzgün əks olunmayıb, avtomobillərin toqquşma mexanizimi saxtalaşdırılmışdır. Yazılır ki, güya o, hərəkətdə olduğu vaxt maşıı sol istiqamətə döndərdiyi üçün avtomobillər toqquşmuşdur. Rəyin surətini aldıqdan sonra o, DİN BDYPİ-ə bilavasitə tabe olan YPX alayının komandiri Eyvaz Şahverdiyevə 03 aprel 2023-cü il tarixdə şikayət ərizəsi ilə müraciət edərək iş üzrə təkrar espertizanın keçirilməsi və qərarda avtomobillərin toqquşma mexanizminin düzgün göstərməsini xahiş etmişdir. Lakin həmin şikayətinə bu günə kimi cavab yoxdur. Yuxarıda qeyd etdiyi kimi 19 may 2023-cü il tarixdə ona inzibati tənbehvermə haqqında qərarın surətini təqdim etmişlər. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır, aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir. Ona görə də göstərdiyi qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, baş verrmiş yol nəqliyyat hadisəsi nəticəsində hər iki avtomobilin sürücüləri təqsirli bilinmiş, ibzibati tənbeh tətbiq edilmişdir. Hadisə sxemində hər iki sürücünün imzası var. Sxemlə razılaşıblar. Hər iki sürücünün əməlində qayda pozuntusu var. Şikayətçi sığorta haqqını ala bilmədiyindən narazılıq edir. X1 idarə etdiyi avtomobilin qarşısına mal sürüsü çıxmış, şikayətçi manevr qaydasını pozduğu üçün toqquşma baş vermişdir. “Xəzər” markalı avtomobilin sol yan hissəsi, Hyundai avtomobilin sağ yan hissəsi zədələnmişdir. O, izahatında şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Yol-nəqliyyat hadisəsinin sxemini, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 izahatını məhkəməyə təqdim edir. Əvvəlki məhkəmə iclasında YPX inspektoru polis baş serjantı X7 şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, Rəhim İsmayılovun avtomobilində o, və digər sərnişinlər olmuşlar. Körpünün üstündən keçən zaman avtomaşının qarşısına 1 baş dana çıxdı, sürücü maşını yolda saxladı, arxadan gələn digər avtomaşın onların avtomaşınını arxadan sol tərəfdən vurub keçmiş, hadisə yerinə polis gəlmişdir. Hava soyuq olduğu üçün onları başqa bir avtomobil ilə yola salmışlar. Məhkəmə tərəflərin izahatını və şahid ifadəsinin dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbeh verilməsi haqqında 14 mart 2023-cü il tarixli TP ******* nömrəli qərarından müəyyən olunur ki, X4 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinin tələblərini pozduğuna görə 40 manat inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, YPX inspektoru polis baş serjantı X5 14 mart 2023-cü il tarixli TP ******* saylı qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin məhkəmə iclasında bildirdiyi xüsusatlar özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. İş materiallarına əlavə edilmiş qərar və digər sənədlərdən müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. (Yol nəqliyyat hadisəsinin sxemi və izahatlar ilə inzibati xətanın olması öz təsdiqini tapmışdır) Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : X1 YPX inspektoru polis baş serjantı X5 14 mart 2023-cü il tarixli TP ******* saylı qərarından verilmiş şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar