Məhkəmə qərarları › İş №3(067)-682/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-682/2020

14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-682/2020 14.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 iştirakı ilə, «Lotos» İstirahət Mərkəzinin əməkdaşı X2 Xaçmaz rayon Gigiyena və Epidemioloci Mərkəzinin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli, MN ******* saylı protokolundan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz rayon Gigiyena və Epidemioloci Mərkəzinin əməkdaşlarının X7 işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında xx xxxx 2020-ci il tarixli, MN ******* saylı protokolu ilə «Lotos» İstirahət Mərkəzinin əməkdaşı X6 oğlu Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətmişdir. X6 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəisi Rafiq Ədilovun X7 işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqmda xx xxxxxxxx 2017-ci il tarixli, 68 nömrəli qərarı əsasında onun 2000 manat məbləğində cərimə edilməsinə dair qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə inzibati xəta törətmiş şəxs «Lotos» İstirahət Mərkəzinin əməkdaşı X6 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs «Lotos» İstirahət Mərkəzinin əməkdaşı X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «Lotos» İstirahət Mərkəzinin əməkdaşı X6 şikayəti belə əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Xaçmaz rayon Gigiyena və Epidemioloci Mərkəzinin əməkdaşları X1 və onun köməkçisi Balasultan adlı şəxs «Lotos» İstirahət Mərkəzinə daxil olaraq monitorinqə gəldiklərini bildirmişlər. Ofis əməkdaşları X10 və X4 və o-X6, onlara bildirdilər ki, ölkə ərazisində elan olunmuş xüsusi karantin recimi ilə əlaqədar olaraq Bakı-Quba yolunun bağlı olması və müştəri cəhətdən çətinlik çəkdiyləri üçün heç bir fəaliyyət göstərmirlər. 5-10 dəqiqə ofisdə oturaraq istirahət mərkəzilə bağlı müxtəlif suallar verdilər. Onlarda, onlara bildirmişlər ki, əgər fəaliyyətə başlamalı olsalar dezinfeksiya edici maddələri və maskalar hamısı alınıb. Hovuzla maraqlandılar. Bildirmişlər ki, hovuz üçün 5 növ (toz xlor, tabletka xlor, çökdürücü maddə, yosuna qarşı, PH tipli dərman) dərman vasitələrindən istifadə olunur. Həmin dərman vasitələrinin gigiyenik sertifikatını tələb etmişlər. Onlara Azərbaycan Respublikasının səhiyyə Nazirliyi tərəfindən xx xxxx 2020-ci il tarixində verilmiş AZ 031RSK4569 sertifikatını təqdim etmişlər. Onlar fəaliyyət göstərib göstərməyəcəyləri ilə maraqlanmışlır. Onlarda bildirmişlər ki, «Lotos» İstirahət Mərkəzi hər zaman müxtəlif Həmkarlar İttifaqları ilə müqavilə əsasında fəaliyyət göstərib. Bu il ölkədə Həmkalar İttifaqlarına ezəmiyyətə icazə verilmədiyi üçün onların istirahət mərkəzinin də fəaliyyət göstərməsinin heç bir mənası yoxdur. Çünki xərci borcun ödəmir. Onlar boş protokol təqdim edərək imzalamağını tələb etmişlər. Boş protokolu imzalamaqdan imtina etmiş və onlar çıxıb getmişlər. Bir neçə gündən sonra istirahət mərkəzinə poçt vasitəsi ilə tətbiq etdikləri protokolu göndərmişlər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi, inzibati xəta hadisəsinin olub-olmaması və işin digər halları səlahiyyətli orqan tərəfindən yenidən araşdırılmalıdır. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. X7 işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar X7 işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəyə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar X7 protokolda qeyd edilir. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən X7 işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, «Lotos» İstirahət Mərkəzinin əməkdaşı X2 Xaçmaz rayon Gigiyena və Epidemioloci Mərkəzinin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxx 2020ci il tarixli, MN ******* saylı protokol tərtib olunarkən «Lotos» İstirahət Mərkəzində dezinfeksiyaedici vasitələrdən istifadə olunmamasını təsdiq edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Xaçmaz rayon Gigiyena və Epidemioloci Mərkəzinin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxx 2020ci il tarixli, MN ******* saylı protokolu şikayət nqismən təmin edilərək, Xaçmaz rayon Gigiyena və Epidemioloci Mərkəzinin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxx 2020ci il tarixli, MN ******* saylı protokolu ləğv edilərək, iş yenidən baxılması üçün Xaçmaz rayon Gigiyena və Epidemioloci Mərkəzinə qaytarılmalıdır. AR İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : «Lotos» İstirahət Mərkəzinin əməkdaşı X2 Xaçmaz rayon Gigiyena və Epidemioloci Mərkəzinin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli, MN ******* saylı protokolundan şikayəti qismən təmin edilsin. «Lotos» İstirahət Mərkəzinin əməkdaşı X2 Xaçmaz rayon Gigiyena və Epidemioloci Mərkəzinin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli, MN ******* saylı protokolu ləğv edilsin və iş yenidən baxılması üçün Xaçmaz rayon Gigiyena və Epidemioloci Mərkəzinə qaytarılsın. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar