Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-682/2024 23.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X4 X5 yol nəqliyyat hadisələri üzrə baş inspektoru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 03 avqust 1986-cı ildə Quba rayonunun Mirzəqasım kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Quba rayonunun Hacıhüseynli kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs 19 may 2024-cü il tarixdə saat 23 radələrində idarə etdiyi “AZSAMAND” markalı, 99VX127 dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, Bakı prospektində hərəkətdə olarkən sola dönmə əməliyyatı edərək əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «TOFAŞ» markalı, 90EE064 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxıb həmin nəqliyyat vasitəsi ilə toqquşmaqla sonuncuya maddi zərər vurmuş, yoxlama zamanı onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında Xaçmaz rayon X4 X7 yol nəqliyyat hadisələri üzrə baş inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Şəxs 19 may 2024-cü il tarixdə saat 23 radələrində idarə etdiyi “AZSAMAND” markalı, 99VX127 dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, Bakı prospektində hərəkətdə olarkən dönmə əməliyyatı edərək əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «TOFAŞ» markalı, 90EE064 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxıb həmin nəqliyyat vasitəsi ilə toqquşmaqla sonuncuya maddi zərər vurmuş, yoxlama zamanı onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilərək barəsində müvafiq sənədləşmə işləri aparılmışdır. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə göstərdi ki, 19 may 2024-cü il tarixdə axşam saatlarında tanışları ilə yemək yeyərkən spirtli içki qəbul etmişdir. Həmin gün saat 23 radələrində idarə etdiyi atasına məxsus “AZSAMAND” markalı, 99VX127 dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, Bakı prospektində sola dönmə əməliyyatı edərkən əks istiqamətdən gələn «TOFAŞ» markalı, 90EE064 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxması səbəbindən nəqliyyat vasitələri toqquşmaqla yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə «TOFAŞ» markalı avtomobilin sahibi Zərərçəkmiş şəxs maddi zərər dəymişdir. Hadisə yerinə yol-patrul xidməti inspektorları gəldikdən sonra yoxlama zamanı onun nəqliyyat vasitəsini sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilərək barəsində müvafiq sənədləşmə işləri aparılmışdır. Törətdiyi xətadan peşmandır. Məhkəmədə izahat verən Zərərçəkmiş şəxs törətdiyi inzibati xətanı etiraf etməklə göstərdi ki, 19 may 2024-cü il tarixdə saat 23 radələrində idarə etdiyi özünə məxsus «TOFAŞ» markalı, 90EE064 dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, Bakı prospektində dairəyə doğru hərəkətdə olarkən sonradan şəxsiyyəti ona məlum olan Şəxs əks istiqamətdən sola dönmə əməliyyatı apararaq onun hərəkət yoluna çıxmaqla avtomobili ilə toqquşmuş, nəticədə o, xəsarət almasa da maddi zərər dəymişdir. Ona dəymiş zərər Şəxs tərəfindən ödənilməmişdir. Zərər ödənilməsə də Şəxs qarşı şikayətçi deyildir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, tərtib olunmuş inzibati xəta haqqında 21 may 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol və digər iş materialları ilə tamamilə sübuta yetirilir. İş materiallarında olan 19 may 2024-cü il tarixli, 642553 nömrəli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında alkotesterin nəticəsindən (protokollaşdırmadan) görünür ki, sürücü Şəxs həmin tarixdə sərxoşluq yoxlamasından keçirilmiş, qəbul etdiyi alkoqolun miqdarı (alkoqolun konsentrasiyası) 0.398 promil olmuşdur. İş materiallarında olan “Avtomotoservis və Ticarət Müəssisəsi” Xaçmaz 1 saylı Texniki xidmət stansiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1749 nömrəli ziyan aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «TOFAŞ» markalı, 90EE064 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs ümumilikdə 2406 manat məbləğində maddi zərər dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədil məsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini və törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehlərdən cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 800 (səkkiz yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-682/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-682/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver