Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-683/2024 23.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X5 iclas katibliyi, Protokolu tərtib etmiş İnzibati orqan Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin polis kapitanı X6, Zərərçəkən şəxs X11, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan yetkinlik yaşına çatmayan şəxs Şəxs və onun qanuni nümayəndəsi X3, X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Xaçmaz RPŞ-nin DYPBdən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP-6062957 saylı inzibati xəta haqqında tərtib edilmiş protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşı məhkəməyə verdiyi izahatında bildirdi ki, istintaqda qəbul edilmiş qərara əsasən Şəxs sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsinə görə barəsində inzibati protokol tərtib edilmişdir. Material istintaqdan daxil olduğundan nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsinə dair hər-hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Dəymiş maddi ziyanı isə sığorta qarşılamışdır. İnzibati xəta haqqında protokol barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, 30 sentyabr 2023-cü il tarixdə, saat 15 radələrində Şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman ona məxsus nəqliyyat vasitəsini saxladığı yerdə vuraraq qəza törətmiş və daha sonra həmin yerdə nəqliyyat vasitəsi ilə qohumuna xəsarət yetirmiş, nəqliyyat vasitəsini saxlamadan oradan uzaqlaşmışdır. Ziyan aktında qeyd edilən məbləğ ona dəymiş ziyanın yarısıdır və sığorta tərəfindən 1700 manat pul ödənilmişdir. O, Şəxs etdiyi əməldən şikayətçidir. Məhkəmə iclasında müdafiəçi izahat verərək bildirmişdir ki, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməyə dair Məcəllənin digər maddəsi var və həmçinin, iş materiallarına istintaqın qərarı, o cümlədən sərxoşluğa dair hər hansı sənəd əlavə edilməmişdir. İnzibati protokolun xitam olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək etdiyi əməldən peşman olduğunu və inzibati protokolun xitam olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və müdafiəçinin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində İXM-in 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 334.3-ci maddəsinə əsasən həmin Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, məhkəmə iclasında alınmış barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin və Şəxs məhkəmədə verdikləri izahatları ilə protokolda göstərilən əməli törətməsinə dair qeyd və həmçinin iş materiallarına şəxsin sərxoşluğu barədə hər hansı sənəd olmadığından Şəxs əməlində İXM-in 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasına dair müddəalar öz təsdiqini tapmamış və sonuncunun həmin əməli törətməsinə dair məhkəməyə heç bir tutarlı dəlil təqdim olunmamışdır. Belə ki, iş materiallarında olan Şəxs barəsində olan 08 yanvar 2024-cü il tarixli inzibati icraatın başlanması haqqında qərardan və xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:40 radələrində sərxoş vəziyyətdə, Xaçmaz şəhəri, Bakı prospektində dayanmış X2 məxsus Vaz 21703 markalı, ** BN *** qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırıb Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsinə gələrək həmin küçədə yerləşən “Elegant” kişi geyimləri mağazasının qarşısında dayanmış X14 məxsus Mercedes Benz markalı, ** VM *** dövlət nömrə nişanlı avtomobillə toqquşmaqla və piyada X8 vurmaqla yol nəqliyyat hadisəsi törədərək X14 1790 manat maddi ziyan vurmuşdur. İş materiallarında olan ziyan aktlarından, izahatlardan, yol-nəqliyyat hadisəsi yerinin baxış protokoluna əlavə sxemdən və fotoşəkillərin surətlərindən müəyyən edilir ki, Xaçmaz 1Saylı Texniki Xidmət Stansiyasının rəhbəri Z.Hüseynov, həmin TXS-nın əməkdaşı İ.Mövsümov və Mercedes Benz 190 minik markalı, q/ş BD №213927, 1991-ci il buraxılışı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi X9 tərəfindən akt tərtib edilərək 1790 manat maddi ziyanın, həmçinin Xaçmaz 1Saylı Texniki Xidmət Stansiyasının rəhbəri Z.Hüseynov, həmin TXS-nın əməkdaşı İ.Mövsümov və Vaz 21703 minik markal, q/ş AC №396650, 2007-ci il buraxılışı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi Əzizov Həzrətqulu oğlu tərəfindən akt tərtib edilərək 2205 manat maddi ziyanın olduğunu qeyd etmişlər. Qeyd olunanlardan göründüyü kimi, məhkəmədə Şəxs əməlində İXM-in334.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarəedilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması sübut edilə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə, tərtib olunmuş inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in334.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Protokolu tərtib etmiş İnzibati orqan Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı X12 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-683/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-683/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver