Məhkəmə qərarları › İş №3(067)-684/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-684/2020

12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-684/2020 12.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1984-cü ildə Xaçmaz rayonunun Yataq-oba kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Xaçmaz rayon Polis Şöbəsinin polis nəfəri, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Yataq-oba kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx xxxx 2019-cu il tarixdə «VAZ 21154» markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan xx xxxx 2019-cu il tarixli inzibati xəta haqqında protokol tərtib edilməklə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin tarixli EQ seriyalı, ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərara əsasən 10 manat məbləğində cərimə olunmuşdur. Lakin Şəxs barəsində çıxarılmış qərarla tanış olaraq qərarın, protokolun surətini və cərimə bildirişini rəsmi qaydada almasına baxmayaraq barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarı icra etməmişdir. Bu barədə Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin inspektoru, polis baş leytenantı X1 tərəfindən xx xxxx 2020-c il tarixdə, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, barəsində tərtib olunmuş xx xxxx 2019-cu il tarixli, EQ seriyalı, ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə cərimə və dəbbə pulu daxil olmaqla 16 manat məbləğində pulu hazırda tam şəkildə ödəmişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş mərkəzi informasiya sistemindən götürülmüş çıxarışdan görünür ki, Şəxs xx xxxx 2019-cu il tarixli, EQ seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində cərimə olunmuşdur. Lakin o, 10 manat cəriməni və ona əsasən hesablanmış 6 manat dəbbə pulunu ödəməmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən xx xxxx 2019-cu il tarixli, EQ seriyalı, ******* saylı qərar qüvvəyə mindiyi gündən 03 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə onun barəsində qeyd olunan inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, Şəxs tərəfindən xx xxxx 2019-cu il tarixli, EQ seriyalı, ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə cərimə və dəbbə pulu daxil olmaqla 16 manat pulu tam şəkildə ödənilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, Şəxs xx xxxx 2019-cu il tarixli, EQ seriyalı, ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə cəriməni ödədiyindən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeydinə görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsini duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilsin və başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar