Məhkəmə qərarları › İş №3(067)-684/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-684/2022

05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-684/2022 05.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin etibarnamə üzrə nümayəndəsi hüquq şöbəsinin rəisi X5 iştirakları ilə, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin DVM X3 və DVM X4 tərəfindən tərtib edilmiş 29 mart 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:01 radələrində Xaçmaz şəhəri N. Nərimanov küçəsində yerləşən Şəxsnə məxsus aptekdə müşahidə zamanı aptekin işçisi X1 qoruyucu maskadan istifadə etmədiyi aşkar olunmuşdu. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında 3 saylı Ərazi Vergilər İdarəsinin etibarnamə üzrə nümayəndəsi hüquq şöbəsinin rəisi X10 izahat verərək göstəmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15:01 radələrində Xaçmaz şəhəri N. Nərimanov küçəsində yerləşən Şəxsnə məxsus aptekdə müşahidə zamanı aptekin işçisi X1 qoruyucu maskadan istifadə etmədiyi aşkar olunmuşdu. Bu faktı Şəxsnə məxsus aptekin nəzarətçisi X6 təsdiq edərək, bidirmişdir ki, bir daha qoruyucu maska olmadan işçilərin fəaliyyət göstərməsinə icazə verməyəcək və qoruyucu maskdan istifadə ediləcəkdir. Qərarın qüvvədə qalmasını xahiş etmişdir. Məhkəmə, prosess iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 29 mart 2022-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə saat 15:01 radələrində Xaçmaz şəhəri N. Nərimanov küçəsində yerləşən Şəxsnə məxsus aptekdə müşahidə zamanı aptekin işçisi X1 qoruyucu maskadan istifadə etmədiyi aşkar olunmuşdu. Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171 № li Qərarına dair izahın ikinci bəndində əsasən 2022-ci il mayın 1- dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cü maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin DVM X3 və DVM X4 tərəfindən tərtib edilmiş 29 mart 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolunda göstərilən inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2ci maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar