Məhkəmə qərarları › İş №3(067)-688/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-688/2020

13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-688/2020 13.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə, xx.xx.1976-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Xaçmaz şəhəri, Borçalı küçəsi, ev 22də yaşayan X3 Qubadlı rayon Polis Şöbəsinin polis kapitanı X4 tərəfindən 100 manat məbləğində cərimə olunmasına dair xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Qubadlı rayon Polis Şöbəsinin polis kapitanı X4 tərəfindən X3 100 manat məbləğində cərimə olunmasına dair xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərar tərtib olunmuşdur. X5 ərizə ilə məhkəməyə müraciət edərək, Qubadlı rayon Polis Şöbəsinin polis kapitanı X4 tərəfindən 100 manat məbləğində cərimə olunmasına dair xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 məhkəmə iclasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, özünə məxsus ** KL *** dövlət qeydiyyat nişanlı «Toyota Jamry» minik avtomaşını ilə Xaçmaz-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşqul olur. xx xxxxx 2020-ci il tarixdə onun ***-***-**-** nömrəli mobil telefonuna taksi fəaliyyəti ilə məşqul olmasına icazə verilməsi barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən «SMS» məlumat daxil olmuşdur. Həmin məlumatda qeyd olunmuşdur ki, «ölkə ərazisində xüsusi karantin reciminin tətbiqi ilə əlaqədar hərəkətinin məhdudlaşdırılması haqqında mövcud qaydalara müvafiq Sizin əldə etdiyiniz Fərqlənmə nişanına uyğun taksi fəaliyyətinizə icazə, icazə e-gov.az portalında qeydiyyatdan keçirildi». xx xxxxx 2020-ci il tarixdə o, idarə etdiyi ** KL *** dövlət qeydiyyat nişanlı «Toyota Jamry» minik avtomaşını ilə Xaçmaz şəhərindən Bakı şəhərinə gedərkən Bakı- Quba yolunun 45 km-də quraşdırılmış stasionar postda qulluq edən DYP-i əməkdaşı ondan sənədləri təqdim etməsini xahiş etmiş, o, ona özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etdikdə o, ondan əlavə olaraq sürücülüq vəsiqəsini istəmiş, o, da həmin polis əməkdaşına sürücülüq vəsiqəsini təqdim etmişdir. Polis əməkdaşı sürücülüq vəsiqəsini yoxladıqdan sonra bildirmişdir ki, onun, Bakı istiqamətində hərəkət etməyə icazəsi yoxdur, ona görə də əmr etdi ki, postu keçmədən geri, yəni Xaçmaz istiaqəmtində qayıtsın. O, da əmrə tabe olaraq geri qayıtmışdır. xx xxxx 2020-ci il tarixdə poçt vasitəsi ilə onun ünvanına Qubadla rayon polis şöbəsinin rəisi Bəhruz Jabbarovun imzası ilə məktub daxil olmuşdur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, protokol üzrə qəbul ediləcəkqərardan narazı qaldığı halda ondan məhkəməyə şikayət etmək hüququ vardır. Bundan sonra o, məktubda göstərilən telefon nömrəsinə zəng edərək qəbul olunmuş qərarın surətini göndərilməsini xahiş etmişdir. Ona cavab verilmişdir ki, həmin qərar Xaçmaz RPŞ DYP-dən ala bilər. xx xxxx 2020-ci il tarixdə Xaçmaz RPŞ DYP-dan ona Qubadlı rayonu Polis Şöbəsinin polis kapitanı X1 tərtib etdiyi İnzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarı təqdim edilmişdir. Göstərilənlərə əsasən, Qubadlı rayonu Polis Şöbəsinin polis kapitanı X4 tərəfindən X3 100 manat məbləğində cərimə olunmasına dair xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş, Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən «SMS» məlumat bazasından olan çıxarışındın görünür ki, X3 əldə etdiyi fərqlənmə nişanına uyğun olaraq onun ölkə ərazisində taksi fəaliyyətinə icazə verilmiş vəaşağıdakı məzmunda bildiriş göndərilmişdir: «ölkə ərazisində xüsusi karantin reciminin tətbiqi ilə əlaqədar hərəkətinin məhdudlaşdırılması haqqında mövcud qaydalara müvafiq Sizin əldə etdiyiniz Fərqlənmə nişanına uyğun taksi fəaliyyətinizə icazə, icazə e-gov.az portalında qeydiyyatdan keçirildi». Məhkəmə hesab edir ki, X3 AR İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Qubadlı rayonu Polis Şöbəsinin polis kapitanı X4 tərəfindən X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə olunmasına dair xx.xx.2020-ci il tarixli, TP ******* №li inzibati xəta haqqında qərar ləğv olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qubadlı rayon Polis Şöbəsinin polis kapitanı X4 tərəfindən X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə olunmasına dair xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərar ləğv olunsun. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar