Məhkəmə qərarları › İş №3(067)-692/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-692/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-692/2024 27.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Qərarından şikayət verilmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin icra sənədinin geri qaytarılması barədə qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin “8İ-10922 nömrəli, 20 sentyabr 2023cü il tarixli icra sənədinin 16 noyabr 2023-cü il tarixdə geri qaytarılması barədə qərarını ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsində göstərilir ki, Xaçmaz rayon 1 saylı Notariat ofisi tərəfindən X3 barəsində 8İ-10922 nömrəli, 20 sentyabr 2023-cü il tarixli icra qeydi vermişdir. Həmin icra qeydinə əsasən X1 "xxxx" Məhdud Məsuliyyətli cəmiyyətinin xeyrinə 130,00 (yüz otuz) manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi 03 oktyabr 2023-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Natiq Müslümovun icraatında daxil olmuş,ondan sonra icra məmuru Natiq Müslümov tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələbləri rəhbər tutaraq 8İ- 10922 nömrəli, 20 sentyabr 2023-cü il tarixli icra sənədini 16 noyabr 2023-cü il tarixdə geri qaytarılması barədə qərar qəbul etmişdir. Hesab edir ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin “8İ-10922 nömrəli, 20 sentyabr 2023-cü il tarixli icra sənədinin 16 noyabr 2023cü il tarixdə geri qaytarılması barədə qərarı qanunsuz və əsassızdır. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Natiq Müslümovun icraatında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dair icra işlərin kütləvi şəkildə və geri qaytarılmasına səbəb olan dəlillərə dair icra məmuru tərəfindən toplanmış iş materiallarına dair sənədlər ilə tanış olmaq istəyərkən icra məmuru cəmiyyətin nümayəndəsinə “İcra haqqında” Azərbaycan Respublikasının 29-cu maddəsinin tələblərini kobud pozaraq iş materialları ilə tanış olmağa və onlardan çıxarışların çıxarılmasına şərait yaratmaqdan və “İcra haqqında” Azərbaycan Respublikasının 23.7-ci maddəsinin qanunun tələblərini yenə kobud şəkildə pozaraq qəbul edilmiş qərarının surətini cəmiyyətə və onun ərazi üzrə nümayəndəsinə təqdim etmişdir. Qərarların surəti icra məmuru tərəfindən 16 aprel 2024-cü il tarixdə cəmiyyətin nümayəndəsinə verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının 23.3-cü maddəsinin tələblərinə əsasən icra məmuru tərəfindən hansı görülmüş bütün tədbirlər nəticə verilmədiyi qeyd olunmamışdır. Həmçinin, icra məmuru ərazi üzrə nümayəndə bildirmişdir ki, həmin işləri kütləvi şəkildə geri qaytarılmasına səbəb ümumiyyətlə cəmiyyətin işlərini görmək istəməməsi və buna sərf edəcək vaxtının olmaması ilə əlaqələndirmişdir. Ən sonda qeyd edir ki, cəmiyyətə aid icra sənədləri üzrə borc məbləğləri həmin borclu olan şəxslərin onlara məxsus mobil telefonunun qiymətindən aşağı məbləğ təşkil edir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında qərarından şikayət verilmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru izahatında bildirmişdir ki, həmin şikayət ərizəsinə dair işlə bağlı tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmalıdır. İş üzrə qərarından şikayət verilmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclasına gəlmişdir. Şikayət vermiş Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məhkəmə bildirişləri göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək nümayəndənin iştirakı olmadan baxılmasını və şikayətin təmin olunmasını xahiş etmişdir. Bundan sonra Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ərizə daxil olmuş və İcra qeydi üzrə borclu X3 borc məbləğini tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödədiyindən şikayətin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC şikayət ərizəsinə dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin “8İ-10922 nömrəli, 20 sentyabr 2023-cü il tarixli icra sənədinin 16 noyabr 2023-cü il tarixdə geri qaytarılması barədə qərarını ləğv edilməsi barədə şikayət ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar