Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-692/2025 21.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Xaçmaz RPŞ-nin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1996-cı ildə Rusiya Federasiyası, Tula şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xudat şəhəri, H.Əliyev küçəsi 29/7-də yaşayır Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, xx.xx.2025-ci il tarixdə saat 20-30 radələrində Xudat şəhəri M.F.Axundov küçəsində “24 saat” adlanan ərzaq mağazasının qarşısında sərxoş vəsiyyətdə nəlayiq ifadələr işlətməklə inzibati xəta törətmişdir. Məhkəmə iclasında Xaçmaz RPŞ-nin nümayəndəsi X7 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20-30 radələrində Xudat şəhəri M.F.Axundov küçəsində “24 saat” adlanan ərzaq mağazasının qarşısında sərxoş vəsiyyətdə nəlayiq ifadələr işlətməklə inzibati xəta törətmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında bildirmişdir ki, içkili olmuşdur, dükana gəlmişdir ki, içki alsın. Dükandan çıxanda özünü saxlaya bilməmişdir və ona gülmüşlər. O da, nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları ona yaxınlaşdılar və onu şöbəyə gətirdilər. Anası xəstədir. O, etdiyi əməldən peşmandır. Cərimə olunmasını xahiş edir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Məhkəmədə şahid qismində dindirilən X2 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20-30 radələrində Xudat şəhəri M.F.Axundov küçəsində 24 saat adlanan ərzaq mağazasının qarşısında xidmətdə olan zaman şəxs sərxoş idi. Ünvansız söyüşlər söyürdü, ona yaxınlaşaraq nizam intizama dəvət etmiş, o, isə sərxoş olduğu üçün ayaqda dura bilmirdi. Başqa heç kimə sataşmayıb. Məhkəmədə şahid qismində dindirilən X4 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20-30 radələrində Xudat şəhəri M.F.Axundov küçəsində 24 saat adlanan ərzaq mağazasının qarşısında xidmətdə olan zaman şəxs sərxoş idi. Ünvansız söyüşlər söyürdü, ona yaxınlaşaraq nizam intizama dəvət etmiş, o, isə sərxoş olduğu üçün ayaqda dura bilmirdi. Başqa heç kimə sataşmayıb. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, işdə iştirak edən şəxsləri dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 06:30-da inzibati qaydada tutulmuş və xx.xx.2025-ci il tarixdə saat 11-30-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi inzibati xətanı etiraf edərək peşman olmasını (İXM-32.1.1) nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: xx.xx.1996-cı ildə Rusiya Federasiyası, Tula şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs xx.xx.2025-ci il tarixdə, saat 06:30-dan, xx.xx.2025-ci il tarixdə saat 11-30dək inzibati qaydada tutulması nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.4-1-ci maddəsinə əsasən onun üzərində qəti olaraq 50 (əlli) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №3(067)-692/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-692/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver