Məhkəmə qərarları › İş №3(067)-693/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-693/2022

08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-693/2022 08.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1999-cu ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 08 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Xaçmaz rayon məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(067)-1206/2021 saylı qətnaməsinə əsasən cavabdeh Şəxs 3000 (üç min) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı X5 verilməsi qət olunmuşdur. Məhkəmənin 26 aprel 2021-ci il tarixli, 2(067)-1206/2021 saylı qətnaməsi icraya yönəldilmişdir. Lakin dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, Şəxs qərəzli olaraq borcu ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda onun 3030 manat ödənilməmiş borcu vardır. Məhkəmədə izahat vermiş Xaçmaz rayon İcra Şöbəsinin icra məmuru X3 izahatında göstərir ki, Xaçmaz rayon məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(067)-1206/2021 saylı qətnaməsinə əsasən cavabdeh Şəxs 3000 (üç min) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı X5 verilməsi qət olunmuşdur. Məhkəmənin 26 aprel 2021-ci il tarixli, 2(067)-1206/2021 saylı qətnaməsi icraya yönəldilmişdir. Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, Şəxs qərəzli olaraq borcu ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda onun 3030 manat ödənilməmiş borcu vardır. Yaranmış borcu ilə əlaqədar o, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə dəvət edilərək profilaktik söhbətlər aparılaraq borcunu ödəmədiyəcəyi təqdirdə barəsində görüləcək tədbirlərlə bağlı ona xəbərdarlıq edilmişdir. Lakin cavabdeh halhazırki günədək yaranmış borcu ilə bağlı heç bir ödəniş etməmişdir. Məhkəmədə izahat verən Şəxs törətdiyi inzibati xətanı etiraf etməyərək bildirir ki, Xaçmaz rayon məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(067)-1206/2021 saylı qətnaməsinə əsasən məndən 3000 (üç min) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı X5 verilməsi qət olunmuşdur. Məhkəmənin qiyabi qətnaməsindən xəbəri olmadığını, məhkəmə qətnaməsini təzəliklə aldığını və həmin qətnamə ilə razı olmadığını qeyd edir. Hal-hazırda həmin qətnamədən şikayət edəcəyini bildirir. O, X4 3000 (üç min) manat pul deyil, 1000(min) manat pulu faiz olaraq atası həbsdə olduğundan ona pul göndərməli olduğundan məcburiyyət qarşısında qalaraq almışdır. Borclu 1000 (min) manata yox, 3000 (üç min) manata imza etdiyini bildirir. Həmçinin qeyd edir ki, 2020-ci ilin sentyabr ayında 2-ci Qarabağ müharibəsi ilə bağlı səfərbərliyə cəlb edilməklə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməkdə aldığı zərbə nəticəsində onda yaddaş pozğunluğu yaranıb. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan 08 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Xaçmaz rayon məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(067)-1206/2021 saylı qətnaməsinə əsasən cavabdeh Şəxs 3000 (üç min) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı X5 verilməsi qət olunmuşdur. Hal-hazırda onun 3030 manat ödənilməmiş borcu vardır. Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, o, qərəzli olaraq borcu ödəməkdən boyun qaçırır. İş materiallarında olan İ seriyalı 3136 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi ilə əlaqədar göstərdiyi şücayiətinə görə respublika Prezidenti tərəfindən medalla təltif olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 23379 saylı Xəstəlik haqqında şəhadətnamədən görünür ki, Şəxs Azərbaycan Respublikasının müdafiəsi zamanı mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, isterik daxilolmalarla bayılma halları, ifadə olunmuş depressiv sindirom, hər iki diz nahiyəsinin qəlpə yaralanmasılndan sonrakı bərkimiş dəri çapığı ilə hərbi zərbələr almışdır. Məhkəmə Şəxs ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı iştirak edərək xəsarət almasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsinin yaranması üçün əsas şərt məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsidir. Lakin məhkəmə iclasında izahat vermiş icra məmuru barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin onun qanuni tələblərini yerinə yetirdiyini, çağırışlara vaxtlı-vaxtında gəldiyini, bildirmişdir. Yəni, onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi yoxdur və ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117 və 130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar