Məhkəmə qərarları › İş №3(067)-693/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-693/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-693/2025 21.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Xaçmaz RPŞ-nin inzibati binasında ictimai qaydaları pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Xaçmaz Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X3 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında zalında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Xaçmaz RPŞ-də xidmətdə olduğu zaman Xaçmaz rayonu, Dədəli kənd sakini, Şəxs yetkinlik yaşına çatmayan qızı Əlimətova Zəhra DİN-nin “102” xidmətinə zəng edərək atası ilə aralarında münaqişə olması barədə məlumat vermişdir. Həmin vaxtı xidmətdə olan əməliyyatçı Elvin Camalzadə hadisə yerinə getmişdir. Polis əməkdaşı hadisə yerində olan zaman münaqişənin şahidi olmamışdır. Şəxs sərxoş vəziyyətdə olduğu üçün polis əməkdaşları onu Polis şöbəsinə aparmışlar. Xaçmaz RPŞ-də polis əməkdaşlarına qarşı tabesizlik göstərməsi ilə bağlı raport yoxdur, sadəcə münaqişə əsasında polis şöbəsinə gətirilmişdir. O, Şəxs polisə tabesizlik göstərməsinin şahidi olmamışdır. Həmçinin Şəxs ailəsi problemli ailədir. Hazırkı inzibati material ilə əlaqədar Şəxs anası Polis şöbəsinə gedərək oğlunu buraxmamağı xahiş etmişdir. Hər zaman Şəxs anası Polis şöbəsinə gedərək oğlu barədə şikayət edir. İnzibati xəta haqqında protokolun təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, həmin gün heç bir hadisə baş verməmişdir. Anası onun spirtli içki içməyinə qarşıdır. Bu səbəbdən anası onun qızına polisə zəng etməsini bildirib və qızı polisə məlumat vermişdir. O, həyat yoldaş ilə birlikdə həyətində işləyən zaman şikayət əsasında polis əməkdaşları onun yaşadığı ünvana gedərək ona Polis şöbəsinə getməli olduğunu bildirmişlər. Lakin həmin vaxt anası evdə olmamışdır. Daha sonra anası Polis şöbəsinə gedib onu buxarmamalarını xahiş etmişdir. Qardaşı 2003-cü ildə, 24 yaşında itkin düşdüyü üçün anası əsəbi qadındır. Atası isə yaxın vaxtlarda rəhmətə gedib, ailə vəziyyəti yaxşı deyil. Həmçinin o, polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmiş, söyüş söyməmişdir. O, bir daha içki içməyəcəyinə dair məhkəmə iclasında söz vermişdir. İnzibati xəta haqqında protokolun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş şəxsi iş materiallarını nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, həmin tarixdə saat 13:25-də Xaçmaz rayonu, Dədəli kəndində yaşayan X4 070 503-75-43 mobil telefon nömrəsindən Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək atası Vəfadar adlı şəxsin içkili vəziyyətdə evdə münaqişə yaratması barədə məlumat vermişdir. - xx.xx.2025-ci il tarixli, 34 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi “Aktı”ndan müəyyən edilir ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoş olmuşdur. - xx.xx.2025-ci il tarixli, 200 №-li “İnzibati qaydada tutma haqqında” protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* №-li “İnzibati xəta haqqında” protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Xaçmaz RPŞ-nin inzibati binasında ictimai qaydaları pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamış, barəsində protokol tərtib edilən şəxsin inzibati xətanın subyekti olması, inzibati məsuliyyətə cəlb olunması məsələsi araşdırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 İXM-nin 535.1-ci maddəsindəki inzibati xətanın subyekti deyildir, inzibati xəta törədilməsinə aidiyyəti yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanunazidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunur. Beləki, hazırkı iş üzrə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Lakin iş materiallarından, tərəflərin ifadələrindən müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polisin qanuni tələbinə tabesizlik göstərmədiyi halda barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bununla da, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Xaçmaz rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş 19 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalında inzibati qaydada tutmadan dərhal azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar