Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-695/2022 25.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi ilə, Şəxs MMC-nin (VÖEN**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Yanğın idarəsinin X3 yanğın şöbəsinin inspektoru d/x kapitanı X1 tərəfindən hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu. Şeyx Məhəmməd Xiyabani. Ev. 8A olan Şəxs MMC-nin (VÖEN**********) barəsində 07 aprel 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Xaçmaz şəhəri H.Əliyev prospektində Şəxs MMC tərəfindən inşa edilən yaşayış binasında 07 aprel 2022-ci il tarixdə keçirilmiş YTM zamanı AR YTQ-nin YTQ-01-2001, bənd 6.1-6.10; YTQ-01-2001, 8.1-8.8; YTQ 05-86.bənd 1.7 tələblərinin pozulması aşkar edilmişdir. X3 Yanğın idarəsinin X3 yanğın şöbəsinin inspektoru X4 tərəfindənŞəxs MMC barəsində tərtib olunmuş 07 aprel 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Xaçmaz şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 11.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 25 aprel 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş X3 Yanğın idarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. “Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.16-cı bəndinə görə Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 235, 243.0.4, 268, 276, 277, 311, 518, 519, 536 və 543-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC barəsində X3 Yanğın Nəzarəti idarəsinin X3 yanğın şöbəsi tərəfindən qəbul edilmiş 07 aprel 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Xaçmaz şəhəri H.Əliyev prospektində Şəxs MMC tərəfindən inşa edilən yaşayış binasında 07 aprel 2022-ci il tarixdə keçirilmiş YTM zamanı AR YTQ-nin YTQ-01-2001, bənd 6.1-6.10; YTQ-01-2001, 8.1-8.8; YTQ 05-86.bənd 1.7 tələbləri pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə -fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan RespublikasıİXM-nin 114, 115, 128130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 350 (üç yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Xaçmaz rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiyaşikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-695/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-695/2022
25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver